• $
  • €
  • ₽
  • ₺
  • £

Zelenski və Yunanıstanın Baş nazirinin kortecinə raket hücumu edilib

Zelenski və Yunanıstanın Baş nazirinin kortecinə raket hücumu edilib
06.03.2024 20:17
Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis və Ukrayna Prezidenti Vladimir Zelenski Odessa şəhərinə səfər edərkən şəhərə raket zərbəsi endirilib.Bu barədə "Today-UA” məlumat yayıb.
 
Rusiya qoşunları Ukrayna Prezidenti Vladimir Zelenskinin avtomobil karvanını hədəfə alıb, partlayış Baş nazir Mitsotakisin rəhbərlik etdiyi Yunanıstan nümayəndə heyətindən 150 metr aralıda baş verib.

Məlumata görə, Yunanıstan nümayəndə heyətinin üzvlərindən heç biri xəsarət almayıb.

Odessada keçirilən mətbuat konfransında Ukrayna Prezidenti Zelenski raket hücumundan danışıb:

"Hələlik bütün təfərrüatlardan xəbərdar deyiləm, amma bilirəm ki, ölənlər və yaralılar var”.

Aİ Şurasının Prezidenti Şarl Mişel "X” hesabında raket hücumu ilə bağlı paylaşım edib. Paylaşımda bu sözlər yer alıb:

"Prezident Zelenski və Baş nazir Mitsotakisin səfəri zamanı Odessaya hücum Rusiyanın Ukraynaya qarşı təcavüz müharibəsindəki qorxaq taktikasının növbəti göstəricisidir. Bu qınaq obyektidir. Aİ-nin Ukraynaya və onun cəsur xalqına tam dəstəyi səngiməyəcək”.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Zelenskinin keçmiş mətbuat katibinə dövlətə xəyanət ittihamı irəli sürülüb
Dünya 22:15
Zelenskinin keçmiş mətbuat katibinə dövlətə xəyanət ittihamı irəli sürülüb
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib
Dünya 21:42
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
Dünya 20:17
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
Dünya 19:35
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Dünya 18:10
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
Dünya 17:35
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Dünya 17:12
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Dünya 16:06
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Dünya 14:43
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol