Ukraynanın Baş Qərargah rəisi vəzifəsindən azad edilib
09.03.2024 16:47
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Sergey Şaptala vəzifəsindən azad edilib.Bu barədə Strana.ua məlumat yayıb.
Məlumata görə, Şaptala Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı Valeri Zalujnı kimi hərbi həkim komissiyasından keçərkən xidmətə yararsız elan edilib.Şaptalanın yerinə ərazi müdafiə qüvvələri komandanı Anatoli Bargileviçin təyin olunduğu açıqlanıb.