• $
  • €
  • ₽
  • ₺
  • £

Qərb Ermənistanı Cənubi Qafqazda təhlükəli planlarına alət etmək istəyir - Rusiya XİN

Qərb Ermənistanı Cənubi Qafqazda təhlükəli planlarına alət etmək istəyir - Rusiya XİN
05.04.2024 21:49
2024-cü il aprelin 5-də Brüsseldə baş tutan Ermənistan-ABŞ-Aİ formatında yüksək səviyyəli görüşü "kollektiv Qərb”in Cənubi Qafqazı geosiyasi qarşıdurmaya çəkmək üçün növbəti cəhdi kimi qiymətləndiririk.Bu barədə Rusiya XİN-in bəyanatında deyilir.

"Regiondankənar qüvvələrin Cənubi Qafqazın işlərinə məsuliyyətsiz və dağıdıcı müdaxiləsi, region ölkələri ilə onların qonşuları arasında nifaq salmaq istəyi regionda sabitlik, təhlükəsizlik və iqtisadi inkişaf üçün ən mənfi nəticələrə, yeni ayırıcı xətlərin yaranmasına, eləcə də gərginliyin idarəolunmaz həddə çatmasına səbəb olur.

Görünən odur ki, Qərb Ermənistanı Cənubi Qafqazda son dərəcə təhlükəli planlarının həyata keçirilməsi üçün alətə çevirmək istəyir. Biz bilirik ki, Vaşinqton və Brüssel müvəqqəti vədlər altında Ermənistanın KTMT və Aİİ-dən çıxmasına, Rusiya hərbi bazası və sərhədçilərinin çıxarılmasına can atırlar. Biz İrəvan rəhbərliyini Qərbin onu aldatmasına və ölkəni təhlükəsizlik boşluğunun yaranması, iqtisadiyyatda ciddi problemlər və əhalinin xaricə axını ilə dolu olan yanlış yola yönəltməsinə imkan verməməyə çağırırıq. Brüsseldə elan edilən qrant dəstəyinin həcmləri Ermənistanın Moskva ilə qarşılıqlı fəaliyyətdən, Aİİ və MDB çərçivəsində əldə etməkdə davam etdiyi çoxmilyardlı fayda ilə müqayisə edilə bilməz. Məhz bu amillər son illərdə ticarət dövriyyəsinin dəfələrlə (2018-ci ildən 4 dəfə) artmasına və nəticədə rekord iqtisadi artıma və əhalinin rifahının yüksəlməsinə səbəb olub.

Biz ümumi inteqrasiya birlikləri vasitəsilə fundamental ikitərəfli sənədlərdə və sazişlərdə təsbit olunmuş prinsiplər əsasında Ermənistanla münasibətləri hərtərəfli dərinləşdirmək və genişləndirmək öhdəliyimizi təsdiq edirik. Əminik ki, Rusiya-Ermənistan müttəfiqliyinin mütərəqqi inkişafı Rusiya və Ermənistan xalqlarının fundamental maraqlarının həyata keçirilməsinə, regional təhlükəsizliyin və sabitliyin möhkəmlənməsinə töhfə verəcək.

Qərb həmçinin Ermənistan-Azərbaycan normallaşmasının fundamental əsasını - Rusiya, Ermənistan və Azərbaycan liderlərinin 2020-2022-ci illər üçün nəqliyyat və iqtisadi əlaqələrin bərpasını, sərhədin delimitasiyası, sülh müqaviləsi hazırlamaq, ictimai xadimlər və ekspertlər arasında əlaqələr vasitəsilə etimadı gücləndirmək üzrə tədbirləri nəzərdə tutan üçtərəfli bəyanatlar toplusunu məhv etmək cəhdlərindən əl çəkmir. Məhz Vaşinqton və Brüsselin təzyiqi ilə rəsmi İrəvan bu sazişlərin icrasını dayandırıb, halbuki bir çox bəndlər üzrə, xüsusən də nəqliyyat yollarının açılması məsələsində tərəflər qarşılıqlı məqbul həll yollarına yaxın idi. Moskva Azərbaycan və Ermənistan arasında çoxdan gözlənilən sülhə nail olmaq üçün hər cür kömək etməyə hazırdır.

Cənubi Qafqazda həm regional, həm də ikitərəfli xarakter daşıyan problemli məsələlər 2023-cü il oktyabrın 23-də Tehranda keçirilən "3+3” Məşvərət Platformasının ikinci iclasında razılaşdırılan "regional məsuliyyət” prinsipinə uyğun olaraq həllini tapmalıdır. Biz kənar oyunçuları bu razılaşmalara hörmətlə yanaşmağa, İrəvandakı hakimiyyəti isə öz xarici siyasət xəttini qurarkən qonşu dövlətlərin narahatlığını nəzərə almağa çağırırıq”, - Rusiya XİN-in bəyanatında bildirilir.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyədə dolların məzənnəsi 50 lirəni ötüb Türkiyədə dolların məzənnəsi 50 lirəni ötüb
Dünya 10:58
Türkiyədə dolların məzənnəsi 50 lirəni ötüb Türkiyədə dolların məzənnəsi 50 lirəni ötüb
ABŞ-da aralıq seçkilər: Demokratlar Konqresin hər iki palatasında nəzarəti ələ keçirir
Dünya 09:39
ABŞ-da aralıq seçkilər: Demokratlar Konqresin hər iki palatasında nəzarəti ələ keçirir
Demokratlar Nümayəndələr Palatasında 193, respublikaçılar isə 114 mandat qazanıb
Dünya 09:32
Demokratlar Nümayəndələr Palatasında 193, respublikaçılar isə 114 mandat qazanıb
Zelenskinin keçmiş mətbuat katibinə dövlətə xəyanət ittihamı irəli sürülüb
Dünya 22:15
Zelenskinin keçmiş mətbuat katibinə dövlətə xəyanət ittihamı irəli sürülüb
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib
Dünya 21:42
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
Dünya 20:17
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
Dünya 19:35
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Dünya 18:10
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
Dünya 17:35
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol