• $
  • €
  • ₽
  • ₺
  • £

Kanadanın xarici işlər naziri Azərbaycanı yenidən ittiham edib

Kanadanın xarici işlər naziri Azərbaycanı yenidən ittiham edib
09.08.2024 15:53
Kanadanın xarici işlər naziri Melani Coli yenidən Azərbaycanı Ermənistanla "vicdanlı" davranmamaqda ittiham edib. 

"Kanada Azərbaycana Ermənistanla münaqişənin danışıqlar yolu ilə, dinc, siyasi vasitələrlə, "özbaşına saxlanılan erməni məhbusları" azad etməklə, Ermənistanın "ərazi bütövlüyünə hörmət etməklə", Ermənistanla münaqişənin həllinə "vicdanla" yanaşmaq üçün təzyiq göstərməyə davam edəcək", - nazir bildirib. 
 
Coli bundan əvvəl də Azərbaycana qarşı bir neçə dəfə qərəzli fikirlər səsləndirilib. 
 
Rəsmi Bakı ona cavab olaraq bildirib ki, Kanadanın Azərbaycanla təhdid dilində danışması olduqca yanlışdır və heç bir tərəfə uğur gətirə bilməz.

Bundan əvvəl Kanada Qarabağdan gedən erməni vətəndaşlar üçün 3,9 milyon dollar "yardım" ayırıb. 
 
Bundan əvvəl Kanada müxalifəti və Avropa İttifaqının 60 deputatı Qarabağda baş verən son proseslərə görə Azərbaycanı ittiham edərək ölkəyə qarşı sanksiyaların qoyulmasını təklif edib. 
 
Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov sentyabrın 20-də XİN-də keçirilən brifində deyib ki, Azərbaycan əlehinə çağırışlar edən beynəlxalq təşkilatlar qıcıqlandırıcı fikirlərdən yayınmalıdır. 
 
Gülnar Nazimqızı 

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Zelenskinin keçmiş mətbuat katibinə dövlətə xəyanət ittihamı irəli sürülüb
Dünya 22:15
Zelenskinin keçmiş mətbuat katibinə dövlətə xəyanət ittihamı irəli sürülüb
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib
Dünya 21:42
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
Dünya 20:17
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
Dünya 19:35
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Dünya 18:10
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
Dünya 17:35
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Dünya 17:12
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Dünya 16:06
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Dünya 14:43
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol