• $
  • €
  • ₽
  • ₺
  • £

AŞPA-da baş katibi vəzifəsinə namizədlərlə tanışlıq toplantısı

AŞPA-da baş katibi vəzifəsinə namizədlərlə tanışlıq toplantısı
30.01.2014 23:26

Avropa Şurası Parlament Assambleyasının qış sessiyası çərçivəsində qurumun AŞ Nazirlər Komitəsi ilə birgə xüsusi “qarışıq komitə”sinin toplantısı keçirilib.APA-nın Avropa müxbirinin xəbərinə görə, bu komitənin iclası assambleyanın hər sessiyasının dördüncü günü keçirilir və Avropa Şurasının iki əsas orqanı olan PA və NK-nin nümayəndələri arasında təşkilatın cari məsələləri və perspektivləri müzakirə edilir. Bugünkü iclas Avropa Şurasının baş katibi postuna namizədlikləri irəli sürülmüş 3 nəfərlə tanışlıq məqsədi daşıyıb. Təşkilatın proseduruna əsasən baş katibliyə namizədlər rəsmən öz namizədlikləri haqda qərarlarını ötən ilin 15 dekabrına kimi Avropa Şurasının baş katibinə bildirməli idilər. Hazırda bu vəzifəyə 3 namizəd var: Avropa Şurasının hazırkı baş katibi, norveçli Tyorbörn Yaqland, AŞPA-nın sabiq sədri, fransalı Jan-Klod Minyon və Almaniyanın sabiq ədliyyə naziri, xanim Sabin Löythöyzer-Şnarrenberger. Hər üç namizəd öz dövlətləri tərəfindən irəli sürülüblər. Bunlardan hansının rəsmən namizəd kimi təsdiq olunması haqda qərarı Nazirlər Komitəsi verəcək. Bu məsələ ilə bağlı qurum ilk toplantısını bu ilin 18 fevralında keçirəcək və daha sonra keçirəcəyi 21 fevral toplantısında qəbul etdiyi namizədləri təsdiqlədikdən sonra onları AŞPA-nın Bürosuna göndərəcək. Xatırladaq ki, bu ilin iyun ayında, AŞPA-nın yay sessiyası zaman keçiriləcək baş katib seçkisi Azərbaycanın AŞ NK-ya sədrliyi dövrünə təsadüf edir. ANN.Az 

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol