• $
  • €
  • ₽
  • ₺
  • £

İranın vitse-prezidenti istefa verdi

İranın vitse-prezidenti istefa verdi
30.01.2014 18:40
 İran hökumətində ilk istefa faktı qeydə alınıb.APA-nın İSNA-ya isttinadən verdiyi məlumata görə, İran Mədəni İrs, Əl İşləri Sənayesi və Turizm Təşkilatının sədri, vitse-prezident Məhəmmədəli Nəcəfi səhhətində yaranmış problemlərdən dolayı tutduğu vəzifədən istefa verib. Artıq onun istefası ölkə prezidenti tərəfindən də qəbul edilib və hətta Həsən Ruhani M.Nəcəfini yeni posta da təyin edib. Belə ki, M.Nəcəfi bundan sonra İran prezidentinin müşaviri və iqtisadi məsələlər üzrə koordinasiya şurasının katibi vəzifəsini icra edəcək. H.Ruhaninin bununla bağlı imzaladığı sərəncamda deyilir: “Sizin dəyərli əməkdaşlığınız bizim üçün çox mühümdür. Ancaq sizin səhhətinizdə yaranmış problemlərdən dolayı təqdim etdiyiniz istefa ərizənizi qəbul edirəm. Mən sizə müvəffəqiyyətlər arzulayaraq zəhmətlərinizə görə təşəkkür edirəm. Eyni zamanda sizi İran Mədəni İrs, Əl İşləri Sənayesi və Turizm Təşkilatının sədri postunuzdakı işlərinizdən ötrü də təqdir edirəm. İran prezidentinin müşaviri və iqtisadi məsələlər üzrə koordinasiya şurasının katibi vəzifəsini də layiqincə icra edəcəyinizə inanıram”. Qeyd edək ki, son günlər İran mətbuatında M.Nəcəfinin öz postunu tərk edəcəyi məsələsinin gücləndiyi və onun öz vəzifəsində qalıb-qalmamasına ölkə prezidenti Həsən Ruhaninin qərar verəcəyi barədə xəbər yayılıb. Hətta onun yerinə 7-8 namizəd sırasında İran prezidenti tərəfindən idman və gənclər naziri vəzifəsinə namizəd irəli sürülən, ancaq ölkə parlamenti tərəfindən etimad göstərilməyən Məsud Sultanifərdin də olduğu qeyd edilir. Ancaq H.Ruhaninin M.Nəcəfinin istefasına qarşı çıxdığı və onun öz müavinləri sırasında, həmçinin İran Mədəni İrs, Əl İşləri Sənayesi və Turizm Təşkilatının sədri vəzifəsində qalıb işini davam etdirməsini istədiyi qeyd olunub. Hətta məsələyə münasibət bildirən İran rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi deyib ki, M.Nəcəfi xəstəliyi səbəbindən ölkə prezidentinə yerinə başqa bir şəxsin təyin olunmasını xahiş edib: “İran Mədəni İrs, Əl İşləri Sənayesi və Turizm Təşkilatının sədri uzun müddətdir bununla bağlı Həsən Ruhanini razı salmağa çalışır”. Ancaq M.Nəcəfi ötən gün vəzifəsindən istefa vermək niyyətində olmadığını açıqlayıb. Vitse-prezident öz postundan xəstəliyi səbəbindən getməsi ilə bağlı yayılan xəbərləri də təkzib edib: “Belə bir məsələ yoxdur və mənim İran Mədəni İrs, Əl İşləri Sənayesi və Turizm Təşkilatının sədri vəzifəsində qalıb-qalmayacağıma ölkə prezidenti qərar verəcək”. Qeyd edək ki, ötən gün İranın birinci vitse-prezidenti İshaq Cahangirinin də istefa verməsi barədə xəbər yayılıb. Ancaq bu məlumat da sonradan rəsmi şəkildə təkzib edilib. İranda  H.Ruhaninin rəhbərliyi altında yeni hökumət iş başına ötən il avqustun 4-də gəlib. Ancaq İran prezidenti öz kabinetini yalnız noyabrın 17-də tam formalaşdırmağa nail olub. ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Almaniyada yüzlərlə məktəbə bomba hədəsi göndərildi
Dünya 16:59
Almaniyada yüzlərlə məktəbə bomba hədəsi göndərildi
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Dünya 22:46
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Gürcüstanda surroqat analıq qadağan edilir
Dünya 19:03
Gürcüstanda surroqat analıq qadağan edilir
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
Dünya 18:30
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
Dünya 17:03
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
Dünya 15:08
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
Dünya 14:34
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Dünya 08:43
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol