• $
  • £

Haker hücumu "Aeroflot"a milyardlarla rubl ziyan vurub

Haker hücumu "Aeroflot"a milyardlarla rubl ziyan vurub
29.07.2025 09:25

 Rusiyanın milli aviadaşıyıcısı “Aeroflot”un IT infrastrukturunda baş verən kütləvi nasazlıq şirkətə milyardlarla rubl ziyana başa gələ bilər. Sənaye mənbələri bu hadisəni mümkün haker hücumu ilə əlaqələndirirlər.

Yalnız  iyulun 28-də Şeremetyevodan həyata keçirilməli olan 108 reysin ləğvi şirkətə azı 250 milyon rubl ziyan vurub. İT sistemlərinin bərpası üçün lazım olacaq vəsait və yaxın tarixlərə bilet satışlarının dayanması səbəbindən ümumi itkilərin milyardlarla rubla çata biləcəyi bildirilir.

Ekspertlər minlərlə fiziki və virtual serverin tam silinməsini inandırıcı hesab etməsələr də, sistemlərin bərpasının bir neçə gün və ya aylarla çəkə biləcəyini qeyd edirlər. "Aeroflot" əlavə olaraq kiberinsidentin nəticələrini aradan qaldırmaq və araşdırma aparmaq üçün ixtisaslaşmış agentlik cəlb edəcək.

İyulun 29-u üçün daha yeddi reys — o cümlədən Moskva-Ufa, Moskva-Almatı və Moskva-Yerevan istiqamətləri — ləğv edilib. Şirkət ləğvlərin səbəblərini açıqlamasa da, sərnişinlərə məlumatları rəsmi kanallardan izləmələri tövsiyə olunur.

Rusiya mediasının yazdığına görə, "Aeroflot"un baş direktorunun 2022-ci ildən bəri parol dəyişmədiyi və şirkət şəbəkəsində hələ də Windows XP və Server 2003-dən istifadə olunduğu bildirilir.

N.Təbrizli

Oxşar xəbərlər
Oxşar xəbərlər

Ukrayna Rusiyada neft anbarları və limanı vurub
Dünya 10:59
Ukrayna Rusiyada neft anbarları və limanı vurub
Azərbaycan aviaşirkətləri Ermənistana 434 min avro ödəyib
Dünya 10:36
Azərbaycan aviaşirkətləri Ermənistana 434 min avro ödəyib

İspaniyada meşə yanğını- 12 ölü
Dünya 09:37
İspaniyada meşə yanğını- 12 ölü
Florida hava limanına Trampın adı verilib
Dünya 00:14
Florida hava limanına Trampın adı verilib
CNN: Pakistan və Qətər ABŞ-İran danışıqlarını bərpa etməyə çalışır
Dünya 23:29
CNN: Pakistan və Qətər ABŞ-İran danışıqlarını bərpa etməyə çalışır
İsrail İrana qarşı hərbi əməliyyatı bərpa etməyə hazırdır - Kats
Dünya 23:10
İsrail İrana qarşı hərbi əməliyyatı bərpa etməyə hazırdır - Kats
İranın Konarak, Buşehr və Çoqadak şəhərlərində partlayışlar baş verib
Dünya 22:59
İranın Konarak, Buşehr və Çoqadak şəhərlərində partlayışlar baş verib
Çexiyada 5,5 bal gücündə zəlzələ baş verib
Dünya 22:15
Çexiyada 5,5 bal gücündə zəlzələ baş verib
Karapetyanın ev dustaqlığı 2 ay uzadılıb
Dünya 19:17
Karapetyanın ev dustaqlığı 2 ay uzadılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol