Bəhreyn İranın hücumlarını dəstəkləyən 69 nəfəri vətəndaşlıqdan məhrum edib
Bəhreyn hakimiyyəti İranın hücumlarını dəstəklədikləri iddiası ilə 69 nəfəri və onların ailə üzvlərini vətəndaşlıqdan məhrum edib.Bu barədə Bəhreynin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Nazirliyin bəyanatında qeyd olunub ki, həmin şəxslər İranın hücumlarına dəstək ifadə edən mövqe nümayiş etdiriblər.