• $
  • £

SEPAH: Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib

SEPAH: Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib
31.05.2026 15:00

İslam İnqilab Keşikçiləri Korpusunun (SEPAH) koordinasiyası ilə sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib.Bu barədə "Tasnim" agentliyi məlumat yayıb.

"Son sutka ərzində neftdaşıyan, konteyner və digər ticarət gəmiləri daxil olmaqla, 28 gəmi icazə aldıqdan sonra SEPAH-ın Hərbi Dəniz Qüvvələrinin (HDQ) koordinasiyası və təhlükəsizlik təminatı ilə Hörmüz boğazından keçib", - məlumatda bildirilib.

Qeyd olunub ki, Fars körfəzi regionun müsəlman ölkələrinə məxsus su hövzəsidir: "Qeyri-sabitliyə səbəb ABŞ ordusunun hücumlarıdır. Hörmüz boğazına nəzarət qətiyyətli şəkildə həyata keçirilir".

Hörmüz boğazına nəzarət ABŞ ilə İran arasında anlaşma memorandumunun razılaşdırılmayan bəndlərindən biridir. Tərəflər bu məsələdə ortaq məxrəcə gələ bilsə, İslam Respublikasının zənginləşdirilmiş uranı ölkədən çıxarması əsas müzakirə mövzusu olacaq. İranın dondurulmuş səhmlərinin sərbəst buraxılması və ölkəyə qarşı tətbiq olunan sanksiyaların aradan qaldırılması isə həllə ən yaxın məsələlərdir.

Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb və bir sıra şəhərlərə hava zərbələri endirilib. Həmin gün zərbələr nəticəsində İranın Ali rəhbəri Əli Xamenei öldürülüb. İran buna cavab olaraq İsrail ərazisinə və Fars körfəzi ölkələrindəki ABŞ hərbi bazalarına hücum edib.

İran, ABŞ və onların müttəfiqləri aprelin 8-ə keçən gecə atəşkəs razılaşmasına nail olublar. Tramp sonradan atəşkəsi qeyri-müəyyən müddətə uzadıb.

Tərəflər münaqişəni həll etmək üçün Pakistanda danışıqlar aparıblar, lakin 11-12 apreldə keçirilən ilk raund heç bir nəticə verməyib.

ABŞ Tehrana təzyiq göstərmək üçün İran limanlarını və Hörmüz boğazından keçidi blokadaya alıb. İran da öz növbəsində Fars körfəzinə gedən gəmilər üçün Hörmüz boğazının bağlandığını elan edib. Regionda dinamik şəkildə dəyişən vəziyyət qlobal enerji böhranına səbəb olub.

Oxşar xəbərlər
Oxşar xəbərlər
İrandan müharibənin genişlənəcəyi ilə bağlı xəbərdarlıq
Dünya 15:30
İrandan müharibənin genişlənəcəyi ilə bağlı xəbərdarlıq
Ukrayna İranın Xəzərdəki gəmisini vurub, ölən və yaralılar var
Dünya 23:57
Ukrayna İranın Xəzərdəki gəmisini vurub, ölən və yaralılar var
İsrail hərbçiləri Qəzzada HƏMAS-ın üç komandirini öldürüb
Dünya 23:30
İsrail hərbçiləri Qəzzada HƏMAS-ın üç komandirini öldürüb
Çində 340 mindən çox sakin tayfun təhlükəsinə görə təxliyə edilib
Dünya 22:54
Çində 340 mindən çox sakin tayfun təhlükəsinə görə təxliyə edilib
Tramp İrana qarşı zərbələri dayandırmaq əmri verib
Dünya 22:15
Tramp İrana qarşı zərbələri dayandırmaq əmri verib
İspaniyada meşə yanğınlarına görə 70 mindən çox insan təxliyə edilib
Dünya 21:29
İspaniyada meşə yanğınlarına görə 70 mindən çox insan təxliyə edilib
Almaniyada yüngülmühərrikli təyyarə yaşayış binasına çırpılıb, ölən var
Dünya 18:30
Almaniyada yüngülmühərrikli təyyarə yaşayış binasına çırpılıb, ölən var
Gürcüstanda elektrik kəsintiləri ilə bağlı təxribat maddəsi üzrə istintaq başlanıb
Dünya 16:17
Gürcüstanda elektrik kəsintiləri ilə bağlı təxribat maddəsi üzrə istintaq başlanıb
Suriyada iki avtobus toqquşub, 35 nəfər ölüb, 30 nəfər yaralanıb
Dünya 15:51
Suriyada iki avtobus toqquşub, 35 nəfər ölüb, 30 nəfər yaralanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol