• $
  • £

Qətər nümayəndə heyəti ABŞ ilə razılaşma üzrə danışıqları yekunlaşdırmaq üçün İrandadır

Qətər nümayəndə heyəti ABŞ ilə razılaşma üzrə danışıqları yekunlaşdırmaq üçün İrandadır
14.06.2026 15:56

Qətər nümayəndə heyəti ABŞ və İran arasında münaqişənin başa çatdırılmasına yönəlmiş sülh razılaşması üzrə danışıqları yekunlaşdırmaq üçün Tehrana səfər edib.

"Reuters"in məlumatına görə, ABŞ və Pakistan rəsmiləri çərçivə sazişinin iyunun 14-də imzalana biləcəyini bildirirlər.

Agentliyə danışan İran rəsmisinin sözlərinə görə, ABŞ ilə qarşılıqlı anlaşma memorandumu üzrə yekun layihə Tehranın nüvə proqramı, Hörmüz boğazının açılması və ABŞ-nin İran neftinə tətbiq etdiyi sanksiyaların yumşaldılması da daxil olmaqla bir sıra məsələləri əhatə edir. Mənbə bildirib ki, yekun saziş memorandumun hər iki tərəf tərəfindən imzalanmasından sonra 60 gün ərzində müzakirə olunacaq.

Rəsmiyə görə, memorandum layihəsində aşağıdakı müddəalar yer alır:

Hörmüz boğazının bütün kommersiya gəmiləri üçün dərhal açılması və İran limanlarına tətbiq olunan dəniz məhdudiyyətlərinin aradan qaldırılması;

ABŞ-nin yekun saziş əldə olunana qədər İrana qarşı yeni sanksiyalar tətbiq etməməsi və neft sanksiyalarının müəyyən müddətə dayandırılması;

İranın dondurulmuş 25 milyard ABŞ dolları həcmində aktivlərinin müxtəlif maliyyə mexanizmləri vasitəsilə sərbəstləşdirilməsi;

Tehranın nüvə silahı əldə etməmək və istehsal etməmək, habelə yekun saziş bağlanana qədər uranın zənginləşdirilməsini və nüvə obyektlərinin genişləndirilməsini dayandırmaq öhdəliyi;

ABŞ-nin İranın yüksək səviyyədə zənginləşdirilmiş uran ehtiyatlarının ölkə daxilində azaldılması ilə bağlı mövqeyini qəbul etməsi.

Qətərin "Al Araby" telekanalı məlumatlı mənbəyə istinadən bildirib ki, nümayəndə heyətinin Tehrana səfəri tərəflər arasında qalan fikir ayrılıqlarının aradan qaldırılmasına yönəlib. Telekanalın məlumatına görə, memorandumun onlayn imzalanması mərasimində ABŞ-nin vitse-prezidenti Cey Di Vens və İran parlamentinin sədri Məhəmmədbaqer Qalibafın iştirakı gözlənilir.

ABŞ Prezidenti Donald Tramp daha əvvəl bildirib ki, tərəflər əsas şərtlər üzrə razılığa gəliblər və saziş iyunun 14-də imzalana bilər.

Bununla belə, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai memorandumun iyunun 14-də imzalanacağını təsdiqləməyib. O, sənədin yaxın günlərdə imzalana biləcəyini isə istisna etməyib.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Fələstin Prezidenti Türkiyəyə səfər edib
Dünya 21:55
Fələstin Prezidenti Türkiyəyə səfər edib
Andraş Baka Macarıstanın yeni prezidenti seçilib
Dünya 18:03
Andraş Baka Macarıstanın yeni prezidenti seçilib
Livan ölüm hökmünü ləğv edən ilk ərəb ölkəsi olub
Dünya 16:50
Livan ölüm hökmünü ləğv edən ilk ərəb ölkəsi olub
Serbiya 2027-ci ilin sonuna qədər Şengen zonasına qoşulmağa hazır olmağı planlaşdırır
Dünya 15:53
Serbiya 2027-ci ilin sonuna qədər Şengen zonasına qoşulmağa hazır olmağı planlaşdırır
Dəməşq məhkəməsi Bəşər Əsəd və daha iki keçmiş məmura ölüm hökmü çıxarıb
Dünya 15:23
Dəməşq məhkəməsi Bəşər Əsəd və daha iki keçmiş məmura ölüm hökmü çıxarıb
Ermənistan yeni doğulan uşaqlara 500 min dram müavinət verəcək
Dünya 14:33
Ermənistan yeni doğulan uşaqlara 500 min dram müavinət verəcək
Ukraynada qadınların hərbi səfərbərliyi təklif olundu
Dünya 22:49
Ukraynada qadınların hərbi səfərbərliyi təklif olundu
Odessada "MiQ-29" qırıcı təyyarəsi qəzaya uğrayıb
Dünya 22:31
Odessada "MiQ-29" qırıcı təyyarəsi qəzaya uğrayıb
Tramp İrandan kompensasiya tələb edib
Dünya 21:10
Tramp İrandan kompensasiya tələb edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol