• $
  • €
  • ₽
  • ₺
  • £

Lavrov və Rubio Manilada Ukrayna müharibəsini müzakirə ediblər

Lavrov və Rubio Manilada Ukrayna müharibəsini müzakirə ediblər
23.07.2026 09:37

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Marko Rubio cümə axşamı Manilada yarım saatdan çox davam edən danışıqlar aparıblar, Rusiya mediası bildirib.
Məlumata görə, görüş planlaşdırılmış cədvəl üzrə keçirilib və əsas diqqət Ukraynadakı müharibənin mümkün həlli yollarına yönəldilib.


Lavrov görüş ərəfəsində Moskvanın Vaşinqtonun Alyaskada təqdim edilən təkliflərdən imtina etmədiyi qənaətində olduğunu demişdi.


Rubio isə rusiyalı həmkarı ilə Ukraynadakı müharibəni müzakirə edəcəyini və ABŞ-ın münaqişənin başa çatdırılmasında konstruktiv rol oynamağa çalışdığını bildirmişdi.
Bu, Lavrov və Rubio arasında dördüncü üzbəüz görüş olub. Onlar sonuncu dəfə ötən ilin sentyabrında Nyu-Yorkda görüşmüşdülər.


Danışıqlarda Lavrovu xarici işlər nazirinin müavini Andrey Rudenko, Xarici Siyasətin Planlaşdırılması Departamentinin direktoru Aleksey Drobinin və Rusiyanın ASEAN yanında daimi nümayəndəsi Yevgeni Zaqaynov müşayiət ediblər.


Rubionun nümayəndə heyətinə isə dövlət katibinin siyasi məsələlər üzrə müavini Alison Huker və ABŞ prezidentinin xüsusi elçisi Serjio Qor daxil olub.

Gülnar Nazimqızı

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Polşa Rusiya ilə sərhəddə xüsusi əməliyyata başlayıb
Dünya 13:21
Polşa Rusiya ilə sərhəddə xüsusi əməliyyata başlayıb
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Dünya 09:15
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol