• $
  • €
  • ₽
  • ₺
  • £

Paşinyan: Aİİ faktiki olaraq iflic vəziyyətindədir

Paşinyan: Aİİ faktiki olaraq iflic vəziyyətindədir
30.07.2026 16:49

Ermənistanın Baş naziri Nikol Paşinyan Avrasiya İqtisadi İttifaqının (Aİİ) faktiki olaraq fəaliyyət göstərmədiyini və təşkilatda yaranmış problemlərin aradan qaldırılmaması halında Ermənistanın öz həll yollarını axtaracağını açıqlayıb.  Paşinyan bu fikirləri iyulun 30-da hökumətin iclasından sonra keçirilən brifinqdə səsləndirib.

"Aİİ ilə bağlı bütün məsələləri müvafiq platformada qaldıracağam. Əgər Aİİ Müqaviləsi faktiki olaraq işləmirsə, bu, təşkilatın özünün də fəaliyyət göstərmədiyi anlamına gəlir. Aİİ faktiki olaraq iflic vəziyyətindədir və bu tendensiya daha da dərinləşir", - baş nazir bildirib.

Paşinyan əlavə edib ki, mövcud problemlər yaxın vaxtlarda həll edilməsə, Ermənistan vəziyyətdən çıxış yollarını müstəqil şəkildə axtarmağa məcbur olacaq.

"Əgər bu məsələ tezliklə həll olunmasa, mən tam əminəm ki, bu problemi Aİİ deyil, Ermənistan özü həll edəcək", - o vurğulayıb.

Ermənistan Avrasiya İqtisadi İttifaqının üzvü olsa da, son illərdə İrəvanın təşkilat daxilindəki fəaliyyəti və digər üzv dövlətlərlə münasibətləri gərginləşib. Ermənistan rəhbərliyi, xüsusilə təhlükəsizlik və iqtisadi əməkdaşlıq məsələlərində Aİİ və digər Rusiya rəhbərliyində olan inteqrasiya platformalarının səmərəliliyi ilə bağlı dəfələrlə tənqidi mövqe nümayiş etdirib. Paşinyanın son açıqlaması da bu narazılığın davamı kimi qiymətləndirilir.

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Polşa Rusiya ilə sərhəddə xüsusi əməliyyata başlayıb
Dünya 13:21
Polşa Rusiya ilə sərhəddə xüsusi əməliyyata başlayıb
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Dünya 09:15
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol