• $
  • €
  • ₽
  • ₺
  • £

Zelenski Məhəmməd bin Salmanla Məkkə sazişini müzakirə edib

Zelenski Məhəmməd bin Salmanla Məkkə sazişini müzakirə edib
10.08.2026 19:30

Ukrayna Prezidenti Volodimir Zelenski Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanla Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında imzalanmış Məkkə Birgə Müdafiə Sazişini və onun perspektivlərini müzakirə edib.Bu barədə Zelenski "X" hesabında yazıb.

Ukrayna Prezidenti Məhəmməd bin Salmanla telefon danışığını məzmunlu adlandırıb və təhlükəsizliyin möhkəmləndirilməsi məqsədilə ölkəsinin dostları və tərəfdaşları ilə demək olar ki, hər gün əlaqə saxladığını bildirib.

"Elə sahələr var ki, orada Ukrayna və Səudiyyə Ərəbistanı insanların və həyatın qorunması istiqamətində bir-birinin imkanlarını gücləndirə bilər", - Zelenski qeyd edib.

Tərəflər həmçinin Ukrayna ilə Səudiyyə Ərəbistanı arasında pilotsuz uçuş aparatları (PUA) sahəsində əməkdaşlıq çərçivəsində yaxın vaxtlarda atılması planlaşdırılan addımları müzakirə ediblər.

Zelenskinin sözlərinə görə, Məhəmməd bin Salman Səudiyyə Ərəbistanının Türkiyə və Pakistanla imzaladığı sazişlər və onların perspektivləri barədə məlumat verib.

"Ölkələrimizin ərzaq təhlükəsizliyinin təmin edilməsinə töhfəsini artırmaq üçün mövqelərimizi və gələcək təmaslarımızı razılaşdırdıq. Bu, qlobal ehtiyacdır", - Ukrayna Prezidenti bildirib.

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Zelenskinin keçmiş mətbuat katibinə dövlətə xəyanət ittihamı irəli sürülüb
Dünya 22:15
Zelenskinin keçmiş mətbuat katibinə dövlətə xəyanət ittihamı irəli sürülüb
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib
Dünya 21:42
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
Dünya 20:17
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
Dünya 19:35
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Dünya 18:10
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
Dünya 17:35
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Dünya 17:12
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Dünya 16:06
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Dünya 14:43
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol