• $
  • €
  • ₽
  • ₺
  • £

Avropada torpağın quruması gələcək isti dalğalarını gücləndirə bilər - araşdırma

Avropada torpağın quruması gələcək isti dalğalarını gücləndirə bilər - araşdırma
21.08.2026 17:53

 

Avropalı klimatoloqlar son onilliklərdə qitədə torpaq nəmliyinin əhəmiyyətli dərəcədə azalmasının gələcək isti dalğalarını daha da gücləndirə və temperatur rekordlarının sayını artıra biləcəyini müəyyən ediblər.

B barədə Almaniyanın Leypsiq Universitetinin mətbuat xidməti məlumat yayıb.

Alimlərin fikrincə, qlobal istiləşmə fonunda quraqlıqlar, istilik dalğaları və digər ekstremal hava hadisələri son illərdə daha tez-tez baş verir. Son onillikdə Avropada bir sıra güclü istilik dalğaları, uzunmüddətli quraqlıqlar və daşqınlar qeydə alınıb.

Tədqiqatçılar ekstremal hava hadisələrinin yaranmasına təsir edən amilləri müəyyənləşdirmək üçün atmosferdəki proseslərlə yanaşı, atmosferin torpaq və su ilə qarşılıqlı əlaqəsini də nəzərə alan iqlim modeli hazırlayıblar.

Model vasitəsilə Qərbi Avropada yay temperaturunun sənayeləşmədən əvvəlki dövrdə - 1850-1900-cü illərdə - və müasir dövrdə necə dəyişdiyi, eləcə də gələcəkdə necə dəyişə biləcəyi araşdırılıb.

Nəticələr göstərib ki, yayın ikinci yarısında uzunmüddətli və intensiv istilik dalğalarının başvermə ehtimalı əhəmiyyətli dərəcədə artıb.

Alimlər bunu əsasən son onilliklərdə Avropa torpaqlarında nəmliyin azalması ilə əlaqələndirirlər. Onların izahına görə, nəm torpaq Günəşdən alınan istilik enerjisinin bir hissəsini suyun buxarlanmasına sərf etməklə havanın və səthin həddindən artıq isinməsinin qarşısını alan təbii mexanizm rolunu oynayır.

Torpağın quruması isə bu soyuducu təsiri zəiflədir və nəticədə yay aylarında temperaturun daha sürətlə yüksəlməsinə şərait yaradır.

Klimatoloqlar bildiriblər ki, gələcəkdə Avropada istilik dalğalarına hazırlıq və onların təsirlərinin qiymətləndirilməsi zamanı torpaq nəmliyinin azalması amili də nəzərə alınmalıdır.

Gülnar Nazimqızı 

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Polşa Rusiya ilə sərhəddə xüsusi əməliyyata başlayıb
Dünya 13:21
Polşa Rusiya ilə sərhəddə xüsusi əməliyyata başlayıb
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Dünya 09:15
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol