• $
  • €
  • ₽
  • ₺
  • £

Ərdoğan vyetnamlı həmkarı ilə regional və qlobal məsələləri müzakirə edib

Ərdoğan vyetnamlı həmkarı ilə regional və qlobal məsələləri müzakirə edib
21.09.2026 23:13

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda BMT-nin 81-ci Baş Assambleyası çərçivəsində Vyetnam Prezidenti To Lam ilə görüşüb.Bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.

Görüşdə Türkiyə-Vyetnam ikitərəfli münasibətləri, eləcə də regional və qlobal məsələlər müzakirə olunub.

Ərdoğan iki ölkə arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi təklifinə Vyetnamın müsbət cavab verməsindən məmnunluğunu ifadə edib.

O, Türkiyənin Vyetnamla investisiya, ticarət və müdafiə sənayesi başda olmaqla, müxtəlif sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində fəaliyyət göstərdiyini bildirib.

Türkiyə Prezidenti iki ölkənin beynəlxalq platformalarda əməkdaşlığı davam etdirməsinin vacibliyini vurğulayıb.

Ərdoğan, həmçinin Vyetnam Prezidenti seçilməsi münasibətilə To Lamı təbrik edib və onu Türkiyədə keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 31-ci Tərəflər Konfransının (COP31) Liderlər Sammitinə dəvət edib.

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol