• $
  • €
  • ₽
  • ₺
  • £

Putin Zori Balayana medal vermədi

Putin Zori Balayana medal vermədi
22.12.2014 15:07
Rusiya prezidenti Vladimir Putinin əmri ilə "Drujba” medalı almış erməni siyasətçilərin sırasında Qarabağ müharibəsinin əsas səbəbkarlarından biri, cəllad-həkim Zori Balayanın olmaması Ermənistanda heyrət doğurub.

Medal alanların sırasında Qarabağda dinc azərbaycanlılara divan tutmaqla ad çıxarmış Ermine Naqdalyan da var. Ermənistanda əhalini evlərindən güclə çıxararaq yerində obyekt tikdirməklə öz cəllad fəaliyyətini davam etdirən cəllad-siyasətçi ölkəsini Rusiyanın müstəmləkəsinə çevirmək üçün də çox zəhmət çəkib.

Bu məntiqlə Vladimir Putin Zori Balayanı da mükafatlandırmalı idi. Zori Balayan da Qarabağda azərbayjanlılara divan tutub və hətta öz cəlladlıq təcrübələrini "Ruhumuzun dirçəlişi” kitabında geniş təsvir edib. Məsələn, dostu Xaçaturla saniyəölçəni birləşdirərək dərisini diri-diri soyduqları azərbaycanlı uşağının ürəyinin neçə dəqiqədən sonra dayanacağını yoxlayıblar. Zori Balayan Ermənistanı yenidən Rusiyanın müstəmləkəsinə çevirmək üçün də çox iş görüb. Bunun üçün hətta Vladimir Putinə məktub da yazıb.

Ermənistanın "Lragir” portalı Zori Balayanın siyahıdan kənarda qalmasını şərh edərək Putini anlayışla qarşılayıb: "O, hamıya medal paylaya bilməz ki? Özü də istəyən "layiqlilər” yetərincədir. İndi minlərlə erməni "qəhrəman” sovet vaxtı kolbasa növbəsinə duran kimi, Rusiyaya dostluq növbəsindən bir-birinin nəfəsini kəsir”, - deyə portal vurğulayır. //anspress.com

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Dünya 22:46
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Gürcüstanda surroqat analıq qadağan edilir
Dünya 19:03
Gürcüstanda surroqat analıq qadağan edilir
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
Dünya 18:30
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
Dünya 17:03
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
Dünya 15:08
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
Dünya 14:34
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Dünya 08:43
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
Dünya 23:56
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol