• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiyadan Ukraynaya yardım

Rusiyadan Ukraynaya yardım
29.12.2014 18:17
Rusiya Ukraynanı kömür və elektriklə təchiz etməyə razılıq verib. Bu barədə Rusiya rəsmiləri bildiriblər.

ANN.Az ANS PRESS-ə istinadən xəbər verir ki, Ukraynanın Atom Elektrik stansiyaları ölkənin şərqindəki münaqişəyə görə xam enerji mənbələrindən məhrumdur. Kiyev hökuməti ötən bazar günündən etibarən Krıma qatar və avtobus nəqliyyat xidmətlərinə qadağa qoyub. Həmçinin Rusiyanın bu ilin martında ilhaq etdiyi regiona elektrik enerjisi verilişini əvvəllər dayandırıb.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov TASS xəbər agentliyinə bildirib ki, Rusiya qabaqcadan ödəniş şərti olmadan Ukraynaya kömür və elektrik enerjisi verəcək. Bu addım prezident Vladimir Putinin Ukraynaya xoşməramlı jestidir: "Putin enerji təchizatı ilə bağlı böhran vəziyyətinə, həmçinin qabaqcadan ödəniş imkanının olmamasına görə, bu cür qərara gəlib."

Baş nazirin müavini Dmitri Kozak "Rossiya 24” televiziya kanalına bildirib ki, Rusiya Ukraynaya ayda 500 min ton kömür göndərməyi planlaşdırır. Növbəti razılıq əldə olunsa, Rusiya ayda əlavə 500 min ton kömür göndərməyə hazırdır.

Energetika Nazirliyinin statistikasına görə, Ukraynanın kömür ehtiyaları həmişəki 4-5 milyon tonluq qış ehtiyatı ilə müqayisədə indi 1,5 milyon tondur. Ukrayna əvvəllər elektrik enerjisi ilə özünü təmin edirdi. Separatçılarla aylardır davam edən münaqişə atom-elektirik stansiyalarının kömür enerjisi ilə təchizatını pozub. Kömür atom-elektrik stansiyaları üçün lazım olan enerjinin 40%-ni ödəyir.

Ukraynanın energetika naziri Voldimir Demçişin ötən həftə Rusiyanın Energetika Nazirliyi ilə kömür və elektrik təchizatı ilə bağlı danışıqlar apardığını bildirmişdi. Sərhəddə gecikmə olduğuna görə, Rusiyadan kömür idxalı ilə bağlı əvvəlki səylər uğursuz olmuşdu: "Təchizat Rusiya qiyməti ilə olacaq."

ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyədə zəlzələ olub
Dünya 21:34
Türkiyədə zəlzələ olub
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol