• $
  • €
  • ₽
  • ₺
  • £

Gürcüstanın baş naziri bu layihənin əhəmiyyətindən danışdı

Gürcüstanın baş naziri bu layihənin əhəmiyyətindən danışdı
24.01.2015 17:30
"Regiona nəqletmə üçün etibarlı kanallar lazımdır”.

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Davosda keçirilən Ümumdünya İqtisadi Forum çərçivəində yanvarın 23-də iştirak etdiyi müzakirələrdə Bakı-Tbilisi-Qars dəmiryolu layihəsinin əhəmiyyətini vurğulayıb.

Oxu.Az Gürcüstan KİV-nə istinadən xəbər verir ki, Qaribaşvili "Avropanın sərhədyanı iqtisadi regionları” mövzusunda keçirilmiş müzakirə iştirakçılarını Gürcüstan hakimiyyətinin yeni ticari və iqtisadi marşrutlarla bağlı baxışları ilə tanış edib.

"Avropanın sərhədyanı iqtisadi regionlarının iqtisadi, siyasi və mədəni qarşılıqlı əlaqəsi günü- gündən artır. Ümumi ərazilərdə kommunikasiya marşrutlarının gücləndirilməsinin Avrasiya regionunun davamlı inkişafında böyük əhəmiyyəti var. Regiona Çindən Avropaya məhsulların nəql olunması üçün tez, sərfəli və etibarlı kanallar lazımdır”, - deyə Qaribaşvili bəyan edib.

Onun sözlərinə görə, bu nöqteyi-nəzərdən Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi xüsusilə aktualdır. Layihənin məqsədi Türkiyə və Gürcüstan arasında birbaşa marşrut olmaqla Avropa və Asiyanı birləşdirməkdir. Layihə həyata keçəndən sonra Çindən Avropa bazarlarına məhsulların nəqletmə vaxtı təxminən iki dəfə azalacaq, məsafə isə təxminən 7.5 min kilometr qısalacaq.

ANN.Az

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol