• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiyaya qarşı dəhşətli sanksiya gəlir, müharibə başlaya bilər

Rusiyaya qarşı dəhşətli sanksiya gəlir, müharibə başlaya bilər
26.01.2015 18:29
Ukraynanın Mariupol şəhərinin rusiyameylli separatçıların mövqelərindən atəşə tutulması və nəticədə azı 30 mülki sakinin həlak olmasından sonra Qərblə Rusiya arasında qarşıdurma daha da dərinləşib.

Virtualaz.org saytı xəbər verir ki, bu gün ATƏT Daimi Şurasında Ukraynanın şərqindəki vəziyyətlə bağlı təcili toplantı keçiriləcək. Brüsseldə isə NATO-Ukrayna komissiyasının növbədənkənar toplantısı çağırılıb.

Həmçinin bu həftənin cümə günü Brüsseldə Avropa İttifaqına üzv ölkələrin xarici işlər nazirləri təcili iclas keçirəcək.

ABŞ prezidenti Barak Obama isə Hindistana səfəri zamanı Ukraynadakı son hadisələri şərh edərək Rusiyaya qarşı təzyiqlərin daha da artacağını bildirib.

Rusiyaya qarşı yeni tədbirlərin nədən ibarət olacağı hələlik məlum deyil, ancaq "Kommersant” ABŞ Dövlət Departamentinə yaxın mənbələrə istinadən yazıb ki, Qərb Rusiyanın beynəlxalq bank sistemi SWIFT-ə çıxışını qadağan edə bilər.

SWIFT sistemi hazırda qlobal maliyyə axınlarını tənzimləyən əsas sistemdir və bu sistemə daxil olmayan banklar xarici hesablar üzrə əməliyyat apara bilməz. Bundan əvvəl Qərb İrana qarşı bu cür sanksiya tətbiq edib və nəticədə İranın beynəlxalq maliyyə əməliyyatları həyata keçirmək imkanı ciddi şəkildə məhdudlaşdırılıb.

Həmin sanksiyanın nəticəsində İran satdığı neftin pulunu ala bilmirdi və məcbur olub nefti ya küçə qızıla, yaxud aşağı qiymətə digər vasitəçilərə satırdı. İran banklarının  SWIFT sisteminə girişinin məhdudlaşdırılması bu ölkəni on milyardlarla dollar ziyana saldı və iqtisadiyyatına böyük zərbə vurdu. İndi Rusiyaya qarşı analoji sanksiyaların tətbiqi bu ölkənin iqtisadiyyatına ağır zərbə olardı.

Rusiya mətbuatı yazır ki, əgər Qərb bu addıma getsə, o zaman Rusiya ilə Qərb arasında qarşıdurma əsl müharibəyə keçə bilər. Son aylar ərzində amerikalı və avropalı siyasətçilər dəfələrlə Rusiyanın SWIFT sisteminə girişinin dayandırılmasına çağırıblar.

"Bloomberg” agentliyinin məlumatına görə, ötən ili avqustunda Böyük Britaniyanın baş naziri Devid Kemeron Rusiyanın SWIFT sistemindən kənarlaşdırılmasına nail olmağa çalışıb. Daha sonra Avropa Parlamentinin üzvləri bu çağırışla çıxış ediblər. Həmçinin amerikalı senatorlar Maliyyə Nazirliyinə bu barədə müraciət ediblər.

Ötən həftə "Vneştorqbank”ın idarə heyətinin sədri Andrey Kostin Davos Forumunda bildirib ki, Rusiya banklarının SWIFT sistemindən çıxarılması ABŞ-la Rusiya arasında münasibətlərin tamamilə kəsilməsi demək olard.

"Mənim fikrimcə, bu cür sanksiyaların tətbiqi müharibə demək olacaq” - deyə A.Kostin bildirib.

Hər gün SWIFT sistemi üzərindən 6 trilyon dollardan yuxarı ödəmələr və köçürmələr həyata keçirilir, bu əməliyyatda 210 ölkədən 10 mindən çox bank iştirak edir. Rusiyadan sistemin 600-dən çox iştirakçısı var. Bura "Bank Rossiya” və iri banklar daxildir.

Almaniyanın "Frankfurter Allgemeine" qəzeti isə yazır ki, NATO ölkələrinin müdafiə nazirləri fevralın 5-də növbədənkənar toplantı keçirərək Rusiyanın nüvə müharibəsi təhdidlərini müzakirə edəcək.

Məlumata görə, müşavirə "nüvə planlaşdırması qrupu” formatında keçiriləcək və orada Fransa istisna olmaqla NATO-nun nüvə silahına malik səkkiz ölkəsinin naziri iştirak edəcək.

Müşavirədə Rusiyanın nüvə təhdidlərinə dair hesabat müzakirə olunacaq. Bildirilir ki, müşavirənin keçirilməsinə səbəb son aylarda Rusiyanın strateji bombardmançı təyyarələrinin NATO üzvü olan ölkələrin hava sərhədləri yaxınlığında intensiv uçuşlar həyata keçirməsi, hətta hava məkanını pozmasıdır.

Rusiyanın nüvə silahı daşıyan Tu-22M və Tu-95H təyyarələri müntəzəm olaraq Baltik ölkələrinin, Niderlandın, hətta Böyük Britaniyanın və ABŞ-ın hava sərhədləri yaxınlığında manevrlər keçirirlər. Bir sıra nüfuzlu Qərb analitiklərinə görə, əgər Rusiya daha da sıxışdırılsa, Putin nüvə müharibəsinə qərar verə bilər.

ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Dünya 09:15
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol