• $
  • €
  • ₽
  • ₺
  • £

Kral Abdullah "amansız savaş"a başladı

Kral Abdullah "amansız savaş"a başladı
05.02.2015 10:03
İordaniya Hava Qüvvələri bu səhər Mosul yaxınlığındakı İŞİD mövqelərinə havadan ağır zərbələr endirməyə başlayıb. Ölkə rəhbəri 2 gün əvvəl yandırılaraq qətlə yetirilən iordaniyalı pilotun heyfini amansızcasına almaq qərarı verib.

ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, ABŞ-a rəsmi səfərini yarımçıq saxlayaraq vətəninə dönən Kral Abdullah hərbi rəhbərlərlə birgə iclas keçirib və İŞİD-ə qarşı atılacaq addımları müzakirə edib.

ABŞ-da olarkən Kral Abdullah Respublikaçı Partiyasının təmsilçiləri ilə görüşdə İŞİD-ə qarşı bu günə qədər görünməyən səviyyədə qarşılıq veriləcəyini vəd etdiyini deyib.

"Oxford" universitetinin məzunu olan Kral Abdullahın Hava Qüvvələrinə "Mərmilərimiz və bombalarımız bitənə qədər bombalayın" əmrinin verdiyi deyilir.

İŞİD-in iordaniyalı pilotu yandıraraq qətlə yetirməsinindən sonra Kral Abdullah terror təşkilatına qarşı yaradılan koalisiyada daha fəal olmağa qərar verib. Kral "Amansız bir döyüş" başlatdığını elan edib.

İordaniyanın rəsmi televiziya kanalında yayımlanan xəbərə görə, Kral Abdullah "terrorçuları öz torpaqlarında məhv edəcəyik" deyə çıxış edib.
 
ANN.Az
 
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyədə zəlzələ olub
Dünya 21:34
Türkiyədə zəlzələ olub
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol