• $
  • €
  • ₽
  • ₺
  • £

Ateist kitablara “tullantı” deyən Stalin

Ateist kitablara “tullantı” deyən Stalin
09.04.2015 22:47
SSRİ rəhbərləri, ələlxüsus Lenin və Stalin haqqında uzun müddət insanlara ancaq lazım olan məlumatlar çatdırılıb. SSRİ dağılana qədər tarixi həqiqətlərin üzə çıxmaq imkanı olmayıb. Lakin hazırki dövrdə istənilən diktator haqqında ətraflı məlumat əldə etmək imkanımız var.

Axar.az SSRİ lideri İosif Vissarionovoç Cuqaşvili haqqında az bilinən faktları təqdim edir:

* 1906–1907-ci illərdə Zaqafqaziya bankını soymağın planlamasını və təşkilatlanmasını yoldaş Stalin edib.
* 8 dəfə həbs olunub, 4 dəfə həbsdən qaçmağa müvəffəq olub.
* Çar polisinin agenti iddiası ilə ittiham olunsa da, bununla bağlı sübutlar əldə olunmayıb.
* Filmlərdəki seks səhnələrinə heç vaxt baxmayıb. Bu onu əsəbiləşdirirmiş.
* Kefi kök olanda köhnə rus mahnıları oxuyarmış.
* Mütaliə etməyi sevib – evində, kabinetində, bağında böyük kitabxanaları olub. Adətən fəlsəfə, tarix və iqtisadiyyatla bağlı kitablar oxuyub.
* Ateizmlə bağlı yazılan kitabları sevməyib. Onları "din əleyhinə olan tullantı” adlandırıb.
* Gürcü, rus, qədim yunan dillərini bilib. Şahidlərin dediyinə görə, Stalin ingilis və alman dillərini də başa düşürmüş. Evindən çıxan kitablarda fransızca qeydləri isə onun fransız dilini də bildiyini sübut etdi.
* Uşaqlıq illərində aldığı travmaya görə 1916-cı ildə hərbi xidmətə yararsız olduğu haqda sənəd alıb.
* Heç vaxt araq içməyib. Sevdiyi içki şərab olub – "Sinandali” və "Teliani” şərabları. Bəzən konyak da içib, amma arağa nifrət edib.
* Olduqca ciddi görünməsinə baxmayaraq, çox zarafatcıl olub. Zarafat etməyi və şəkil çəkməyi sevib.
* SSRİ məkanında olan parklarla yaxından maraqlanıb. Stalin yaşıllığı sevib və SSRİ-də salınan parkların əksəriyyəti onun təşəbbüsü ilə yaradılıb.
* Petropavlovsk qalasında olan əsgər və dənizçilərlə danışmaq səlahiyyəti yalnız Stalinə məxsus olub.
* Partiya rəhbərliyində olduğu ilk 10 il ərzində üç dəfə istefa vermək istəyib, lakin onun bu istəyinin qarşısı alınıb.
* 1945-ci ildə Qələbə paradında yaralanmış iti Stalinin əmri ilə İosif Cuqaşvilinin şineli üzərində paradda nümayiş etdiriblər.
* Müharibə ərəfəsində Stalini 12 dəfə general elan etsələr də, o, hər dəfəsində  bu addan imtina edib.
* 70 illik yubileyi münasibətilə Stalinə göndərilən hədiyyələrin siyahısı 1949-cu ilin dekabrından 1953-cü ilin martına qədər qəzetlərdə yayımlanıb.
* Amerikanın "Times” jurnalı Stalini iki dəfə "İlin adamı” adına layiq görüb.
* Stalinin ölüm günü İsraildə matəm günü elan olunub.


www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
İranda COVID-19-a yoluxma artır
Dünya 16:46
İranda COVID-19-a yoluxma artır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol