• $
  • €
  • ₽
  • ₺
  • £

Yuşşenko Azərbaycanın problemlərində Rusiyanı günahlandırdı

Yuşşenko Azərbaycanın problemlərində Rusiyanı günahlandırdı
20.05.2015 15:17
"Bu geosiyasi çağırışdır”.

Ukraynanın keçmiş prezidenti Viktor Yuşşenko Rusiyanı Azərbaycan, Gürcüstan, Abxaziya, Osetiya və Moldovanın problemlərində günahlandırıb və rusların hərəkətini geosiyasi çağırış adlandırıb.

Oxu.Az xəbər verir ki, bu sözləri Yuşşenko Ukraynanın "Seqodnya” qəzetinə müsahibəsində deyib. 

"Əgər siz, məsələn Azərbaycanın probleminə baxmaq istəsəz, siz Rusiya işğalından danışacaqsınız. Gürcüstanın, ya Abxaziyanın, ya da Osetiyanın problemindən danışsaz, Rusiyanın işğalından danışmalısız. 

Əgər siz bilmək istəyirsizsə, niyə Moldovanın üçdə bir hissəsi işğal altındadır, siz Rusiya məsələsindən danışmalı olacaqsınız.
Siz bizim pozulmuş suverenliyimiz barədə danışanda, Rusiya məsələsindən danışacaqsınız. Bu geosiyasi çağırışdır və biz onun həlli üçün geosiyasi vasitə tapmalıyıq”, - keçmiş prezident deyib. 

Yuşşenko əmin olduğunu bildirib ki, ölkəsinə problemi həll etmək üçün yalnız ABŞ-ı cəlb etmək lazımdır. Onun fikrincə, ABŞ Ukraynanın ərazi bütövlüyünün qarantıdır. 

O həmçinin bəyan edib ki, Ukrayna məsələsi dünyanı bezdirib. 

"Biz gündəmdə nə ikinciyik, nə də üçüncü. Ukraynadan bezdirici milçək kimi yaxa qurtarmağa başlayırlar”, - dövlət xadimi deyib. 

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyədə zəlzələ olub
Dünya 21:34
Türkiyədə zəlzələ olub
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol