• $
  • €
  • ₽
  • ₺
  • £

Milyonda bir rast gəlinən əkizlər – FOTOLAR

Milyonda bir rast gəlinən əkizlər – FOTOLAR
06.07.2015 20:53
Boddy və Rileyin 4 yaşı var və onlar əkizdirlər. Anadan olanda bir-birlərinə çox bənzəyirdilər, amma böyüdükcə fərq ortaya çıxdı – Boddy sarışın, mavi gözlü, Riley isə qarabuxdayı, qəhvəyi gözlü olub.

ANN.Az-ın "The Daily Mail”ə istinadən verdiyi xəbərə görə, əkiz olmalarına baxmayaraq fərqli rənglərə sahib olan əkizlər 2011-ci ildə Qərbi Londonda, Felthamda doğulublar. Əkizlərin anası Abiqail ağdərili, ataları Ricard isə melezdir. Əkizlərin xarici görünüşü 6 aylığından dəyişməyə başlayıb. 
 
 

Uşaqlar  sadəcə 30 dəqiqə ara ilə dünyaya gəliblər. Təzə doğulduğunda onların əkiz olmalarına heç kimin şübhəsi olmayıb. Amma ötən müddətdə Boddynin mavi gözlü, sarışın olması, Rileyin isə babasına oxşaması və qəhvəyi gözlü, qarabuxdayı olması hətta doktorları da təəəccübləndirib. Mütəxəssislər hesab edirlər ki, bu hal milyonda bir dəfə rast gəlinən hadisədir. 
 
 

Əkizlərin validenləri küçədə hər zaman təəccüb dolu baxışlarla, fərqli münasibətlə üz-üzə gəldiklərini deyiblər. Hətta bir dəfə uşaqlar xəstələnəndə klinikaya müraqciət edən zaman onların əkiz olmalarına inanmayıb və xəstəxana qeydiyyat sənədlərini araşdırıblarmış. Valideynlər deyiblər ki, bu hl onları çox üzür: "Əlbəttə, əvvəllər özümüz də belə bir şey olacağına inanmamışır. Amma bu hal öz başımıza gələndən sonra bizə aydın oldu ki, ətrafdakı insanların inamsızcasına baxışları necə əzabvericidir. Sanki biz uşaqları haradansa oğurlamış, qaçırmışıq. İnsanlar hər dəfə "bu, sizin öz uşağınızdır” deyə sual edirlər. Anlayırıq ki, biz özəl bir ailəyik, milyonda birik”.
 
 

Nuray

  


www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Polşa Rusiya ilə sərhəddə xüsusi əməliyyata başlayıb
Dünya 13:21
Polşa Rusiya ilə sərhəddə xüsusi əməliyyata başlayıb
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Dünya 09:15
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol