Xalq artistinin nitqi tutuldu

11:30 | 23.03.2014
Xalq artistinin nitqi tutuldu

Xalq artistinin nitqi tutuldu

Bir neçə gün öncə Mərkəzi Gömrük Hospitalına yerləşdirilən xalq artisti Ramiz Əzizbəyli evə buraxılıb. ANN.Az xəbər verir ki, bu barədə lent.az-a xalq artistinin həyat yoldaşı məlumat verib. O bildirib ki, Novruz bayramı olduğuna görə, həkimlərin razılığı ilə R.Əzizbəylinin bir neçə günlük evə gətiriblər: “Artıq Ramiz müəllim evdədir. Müalicəsi bitməyib. Sadəcə, istədik ki, bayramı bizimlə birgə evdə qeyd etsin. İndi yanımızda olmasına baxmayaraq, həkimlərin nəzarətindədir. Bu ayın 27-si onu yenidən Mərkəzi Gömrük Hospitalına yerləşdirəcəyik. Çünki evdə müalicə etdirmək çətindir. Vəziyyəti normaldır. Çətinlik çəkə-çəkə danışır. Bir az yaddaşında problemi var. Suallara cavab verməyə çətinlik çəkir. Həkimlər dedilər ki, yaxşı olacaq. İnanırıq ki, yaxşı olar”.Qeyd edək ki, R.Əzizbəyli fevralın 21-də yaşadığı binanın qarşısında keçirdiyi avtomobil qəzasından sonra beyin insultu diaqnozu ilə Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikasına yerləşdirilmişdi. Martın 18-dən isə Mərkəzi Gömrük Hospitalında müalicəsini davam etdirirdi.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb