Xameneinin iqamətgahına yürüş - VİDEO

12:49 | 01.01.2018
Xameneinin iqamətgahına yürüş - VİDEO

Xameneinin iqamətgahına yürüş - VİDEO

Bu gecə Tehrandakı etirazçılar İranın Ali Dini lideri Əli Xameneinin iqamətgahına doğru yürüş ediblər, bu barədə informasiyanı "Əl Arabiya” televiziyası yayıb. Televiziya iqamətgaha doğru hərəkət edənlərin sayının 1000 nəfər olduğunu bildirib.

Etirazçıların yürüşü ilə əlaqədar iqamətgahın qarşısına İran İslam İnqilabı Keşikçiləri Korpusunun üzvləri yerləşdirilib. İqamətgah qarşısında təhlükəsizlik tədbirləri gücləndirilib. Etirazçılarla təhlükəsizlik qüvvələri arasında toqquşmanın olması haqqında heç bir məlumat verilməyib.
 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb