Xaricdə təhsil alan tələbələrimiz Novruz bayramı ərəfəsində mədəniyyət tədbiri keçiblər - Fotolar

16:42 | 23.03.2015
Xaricdə təhsil alan tələbələrimiz Novruz bayramı ərəfəsində mədəniyyət tədbiri keçiblər - Fotolar

Xaricdə təhsil alan tələbələrimiz Novruz bayramı ərəfəsində mədəniyyət tədbiri keçiblər - Fotolar



ABŞ-ın Harvard Universitetinin Con F. Kennedi adına Dövlət İdarəçilik Məktəbində ilk dəfə olaraq "Azərbaycan: Qədim əlaqələr, gələcəyin diyarı” adlı mədəniyyət tədbiri keçirilib. 

ANN.Az xəbər verir ki, Azərbaycanlı tələbələrinin maddi dəstəyi ilə keçirilmiş həmin tədbirin əsas məqsədi Azərbaycan mədəniyyətini, tarixini, incəsənətini bir daha xarici auditoriyaya təqdim etmək, ölkənin zəngin irsini nümayiş etdirmək və eləcə də Azərbaycanın Qarabağ, Xocalı həqiqətlərini xarici vətəndaşlara çatdırmaqdan ibarət olub.
 
Adı çəkilən məktəbin tələbəsi və "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” nın təqaüdçüsü olan Əlikram Tofiq oğlu İsayev və Massaçusets Universitetinin tələbəsi Müşfiq Natiq oölu Əmirovin birgə təşkilatçılığı ilə həyata keçmiş mədəniyyət tədbirində iştirak edənlər ölkəmizin tarixi, adət-ənənələri və milli mətbəximizin nümunələri, eyni zamanda, milli bayramımız olan Novruz Bayramı adətləri ilə tanış olublar.

Xalqımızın zəngin milli köklərinə söykənən və dərin tarixi yaddaşından süzülüb gələn Novruz bayramının 2009-cu il sentyabrın 30-da YUNESKO tərəfindən qeyri-maddi-mədəni irs siyahısına daxil edilməsi, 23 fevral 2010-cu ildə isə BMT Baş Məclisi tərəfindən mart ayının 21-i tarixinin "Beynəlxalq Novruz Günü” elan edilməsi barədə verilən məlumatlar tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanmış və xoş təəsürat doğurub.

Tədbir çərçivəsində qonaqlara, həmçinin Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın xüsusi nəzarəti ilə 2015-ci ildə Bakıda keçiriləcək 1-ci Avropa Oyunları və onun tarixi əhəmiyyəti ilə bağlı ətraflı məlumat verilib.
 
Tədbirdə Türkiyənin Bostondakı konsulu Ömür Budak, Azərbaycanın ABŞ-dakı (Vaşinqton) səfirliyinin nümayəndələri və bir sıra qonaqlar iştirak ediblər. Türkiyənin Bostondakı konsulu Ömür Budak Azərbaycan Prezidenti İlham Əliyevin səfərləri nəticəsində bir çox sahələrdə, o cümlədən təhsil sahəsində ölkələrimiz arasında yüksək səviyyədə əməkdaşlığın qurulduğunu və son illər nəzərəçarpacaq irəliləyişlərin əldə edildiyini vurğulayıblar.
 
Qeyd edək ki, mədəniyyət tədbiri çərçivəsində izləyicilər ölkəmizi müxtəlif aspektlərdə - tarixi, müasir inkişafı, klassik və modern incəsənəti video çarxlarda görmək imkanı əldə etmişlər. Azərbaycana xas olan milli suvenirlərin pulsuz olaraq qonaqlara paylanılması da xüsusi marağa səbəb olub.
Tədbirdə ümummilli lider Heydər Əliyevin ABŞ ilə əməkdaşlığa xüsusi önəm verdiyi, bu siyasətin hazırda Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi xüsusilə vurğulanıb. 

Yeri gəlmişkən, Azərbaycan müstəqilliyini bərpa etdiyi gündən ölkələrimiz arasında bir sıra sahələrdə, xüsusilə də mədəniyyət və təhsil sahəsində dinamik və məhsuldar əməkdaşlığın təməli qoyulub. Onu da qeyd edək ki, Harvard Kennedi Məktəbinin  tələbəsi olan Əlikram İsayevin təşəbbüsü ilə yaxın günlərdə Universitetə aid olan qəzetdə də mədəniyyət tədbiri haqqında məlumatlar yer alacaqdır.  
 
ANN.Az
 






0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb