Xəzərdə itkin düşən balıqçılardan birinin meyiti tapıldı - VİDEO

10:51 | 05.11.2015
Xəzərdə itkin düşən balıqçılardan birinin meyiti tapıldı - VİDEO

Xəzərdə itkin düşən balıqçılardan birinin meyiti tapıldı - VİDEO

İtkin düşənlərin axtarışlarına helikopter cəlb olunub

Xəzərdə itkin düşən balıqçılardan birinin meyiti tapılıb. "Report"un məlumatına görə, bu gün səhər saatlarından başlayaraq  balıqçıların axtarşlarına helikopter cəlb olunub. Axtarışlar zamanı balıqçılardan birinin meyiti tapılıb. Hələlik adı məlum olmayan balıqçı balıq toruna ilişib. Balıqçının meyiti Xaçmazın Niyazabad kəndindən 6 kilometr aralıda tapılıb. Həmçinin axtarışlar zamanı itkin düşən balıqçılara məxsus gödəkcə və batan qayıq sudan çıxarılıb. 

Xatırladaq ki, ötən gün səhər saatlarında  Xəzər dənizinin Xaçmaz rayonu Niyazabad kəndinə yaxın ərazisində balıqçı qayığı batıb. Havanın küləkli olması səbəbindən batan qayıqda olan üç nəfər - Xaçmaz rayonunun Tikanoba kənd sakinləri Həmzə Nurəddinov, Laçın Laçınov və Uzunoba kənd sakini İlqar Daşdəmirov itkin düşüb.
 

 
 
 
 
 
 


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb