XİN-in əməkdaşı arvadını və qızını öldürüb

15:35 | 15.05.2017
XİN-in əməkdaşı arvadını və qızını öldürüb

XİN-in əməkdaşı arvadını və qızını öldürüb

Moskvanın cənub-qərbində 44 yaşlı kişi arvadını və beşyaşlı qızını vurub, sonra da özünə qəsd edib.

Anews.az virtualaz.org-a istinadən bildirir ki, bu barədə life.ru xəbər yayıb.

Faciə mayın 14-də, bazar günü gecəyarısı Lenin prospektindəki evlərdən birinin mənzilində baş verib. Hadisə yerində operativ qrup işləyir.

İlkin məlumatlara görə, kişi Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Asiya və Sakit okean əməkdaşlığı Departamentində işləyib.
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb