Yerdə maqnit qasırğası olacaq - XƏBƏRDARLIQ

18:05 | 08.08.2015
Yerdə maqnit qasırğası olacaq - XƏBƏRDARLIQ

Yerdə maqnit qasırğası olacaq - XƏBƏRDARLIQ

Alimlər günəşdə orta səviyyəyə aid edilən üç partlayış müşahidə ediblər

Rusiya alimləri günəşdə orta səviyyəyə aid edilən üç partlayış qeydə alıblar. Proqnozlara görə avqustun 8-də daha yüksək səviyyəli M sinfinə aid edilən partlayışların ola biləcəyi ehtimal olunur.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə akademik Y.K.Fedorov adına Tətbiqi Geofizika İnstitutunun məlumatında deyilir.

"Günəş partlayışlarının aktivliyi aşağı səviyyədə gözlənilir, M sinfinə aid partlayışların baş verməsi ehtimalı var, geomaqnit sahəsinin qeyri-sabit və radiasiya şəraitinin stabil olacağı proqnozlaşdırılır", - məlumatda deyilir.

Gücündən asılı olaraq, günəşdə baş verən partlayışlar beş sinifə bölünür (A, B, C, M, X sinifləri) .

Ən aşağı səviyyəli partlayışlar A0.0 sinfinə aiddir və Yer kürəsi orbitində hər kvadrat metrə 10 nanovat radiasiya gücünə bərabərdir. Növbəti mərhələyə keçdikcə partlayışın gücü 10 dəfə artır.

Güclü partlayışlar planetimiz istiqamətində yönəldiyi hallarda yerdə maqnit qasırğalarına səbəb ola bilər.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb