Azərbaycanda ağac kölgəsini ərəbə pulla “satdılar” - VİDEO

11:12 | 24.07.2018
Azərbaycanda ağac kölgəsini ərəbə pulla “satdılar” - VİDEO

Azərbaycanda ağac kölgəsini ərəbə pulla “satdılar” - VİDEO

Azərbaycanda ağacın kölgəsində əyləşən ərəbdən pul alınıb.

Oxu.Az-ın məlumatına görə, hadisə Quba rayonunun Qəçreş kəndində baş verib.

Həmin əraziyə səfər edən ərəblər dincəlmək üçün yol kənarında dayanıb və ağacın kölgəsində oturublar.

Onlara samovar çayı satan gənc ağacın kölgəsinə görə də 5 manat pul tələb edib. Ərəblərdən biri ağacı Allahın yaratdığını deyib. 

Gənc isə ona "Ağacı Allah yaradıb, amma buraya mən baxıram. Beş manat verməlisən”, - deyib.

Nəticədə ərəb gəncə beş manat verib.
 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb