Azərbaycanda isti su ödənişləri sayğac göstərişinə əsasən yığıla bilər.
Azəristiliktəchizat ASC abonent və müştəri xidmətlərinin rəisi Rafiq Əliyevin Modern.az-a verdiyi məlumata görə, bunun üçün ”Azəristiliktəchizat” tərəfindən podratçı şirkətlərnən danışıqlar aparılır:
"Kommunal xidmətlərin inkişafına dair strateji yol xəritəsinin monitorinqinin hesabatında da göstərildiyi kimi, sayğaclar ilkin olaraq büdcə təşkilatlarına tətbiq ediləcək. Pilot layihə olaraq büdcə təşkilatlarına ilk sayğacların növbəti ildən quraşdırılmasına başlanılacaq. Növbəti mərhələlərdə isə bütün istifadəçilərin sayğacla təmin edilməsi planlaşdırlır”.
"Amma bu sistemin işə düşməsi ən azı 3 il vaxt tələb edir. Bunun üçün Mənzil Müştərək Cəmiyyətləri formalaşdırılmalı və müqavilə əsasında ümumi binaya bir sayğac qoyulmalıdır. Bütün bunlar bir neçə ayın işi deyil”.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !