Erməni deputatların Bakıya gəlməsinə icazə verildi

22:32 | 20.09.2017
Erməni deputatların Bakıya gəlməsinə icazə verildi

Erməni deputatların Bakıya gəlməsinə icazə verildi

Ermənistan nümayəndə heyətinin "Avronest” Parlament Assambleyasının Bakıda keçiriləcək iclasında iştirak edəcəyi dəqiqləşib.

Azərbaycanın Avronest PA-dakı nümayəndə heyətinin rəhbəri, millət vəkili Fuad Muradov AzVision.az-a bildirib ki, erməni deputatlar sentyabrın 22-ə planlaşdırılan iclasda iştirak etmək üçün Bakıya gələcəklər.

Erməni KİV-lərin yaydığı məlumata görə, Ermənistanı "Avronest” PA-dakı nümayəndə heyətinin rəhbəri Armen Aşotyan və heyətin üzvü Mane Tandilyan təmsil edəcək. Onlar sabah Bakıya yola düşəcəklər.


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb