Daxili İşlər naziri Ramil Usubov işdən çıxarılan rəis müavinə vəzifə verib.
Anews.az-ın unikal.org-a istinadən məlumatına görə, Ramil Usubovun müvafiq əmri ilə Tərtər Rayon Polis Şöbəsinin (RPŞ) xidmət üzrə rəis müavini polis polkovnik-leytenantı Əfqan Qurbanov Yevlax Rayon Pasport və Qeydiyyat şöbəsinə rəis təyin edilib.
Xəbəri Daxili İşlər Nazirliyindən Unikal.org-a təsdiqləyiblər.
Qeyd edək ki, bir neçə gün öncə Tərtər Rayon Polis Şöbəsinin (RPŞ) rəis müavinləri - şəxsi heyətlə iş üzrə köməkçi, rəis müavini polis polkovnik-leytenantı Ərşad Əhmədov, xidmət üzrə rəis müavini polis polkovnik-leytenantı Əfqan Qurbanov tutduqları vəzifədən azad edilmişdi.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !