Sumqayıtda gecə ilə şəhid plakatları söküldü

21:01 | 12.10.2017
Sumqayıtda gecə ilə şəhid plakatları söküldü

Sumqayıtda gecə ilə şəhid plakatları söküldü

Sumqayıtda gecə ilə şəhid plakatları söküldü Foto - Video Bir neçə gün öncə aprel şəhidlərinin plakatlarının yaşadıqları küçənin girişinə vurulması ilə bağlı xəbər vermişdik. 

Belə ki, bir qrup gəncin təşəbbüsü ilə şəhid Şülan Bayramovun, Seymur Baxışovun, Əbdülməcid Axundovun, Rəşid Baxşəliyevin və digərlərinin plakatları hazırlanaraq yaşadıqları evin qarşısında qoyulmuşdu.

Bu təşəbbüs şəhid ailələri və ictimaiyyət tərəfindən müsbət qarşılansa da, sevincləri uzun sürməyib.

Hədəf14.az xəbər verir ki, sakinlər bir neçə gündür yuxudan oyanıb küçəyə çıxarkən ilk qarşılaşdıqları və qürur duyduqları şəhidlərin plakatlarını sökülb kənara atılmış vəziyyətdə görüblər. Şəhidlərin plakatları artıq ərazidən götürülüb.

Vətən uğrunda canını fəda edən şəhidlərə qarşı sərgilənən bu münasibət həm ictimaiyyətin, həm də onların ailələrinin hiddətinə səbəb olub.
 

Şəhid anaları hətta özlərini yandıracaqlarını, bu laqeyd münasibətə dözə bilmədiklərini  deyiblər.

Şəhid Əbdülməcid Axundovun anası Ceyran Axundova bildirib ki, xəbəri eşidəndən məhv olublar: " Bu hadisə mənə oğlumun şəhid olduğu haqda xəbəri alarkən keçirdiyim hissləri təkrar yaşatdı. Bu plakatları sökənlər yaşadığımız sevinc hissini yox etdilər. Bunu belə qoymayacayıq ölkə rəhbərliyinə də deyəcəyik. Kimlərsə xalqla dövləti üz-üzə qoymaq istəyir. biz buna imkan verməməliyi".

Qeyd edək ki, plakatların dəqiq kim tərəfindən söküldüyü açıqlanmasa da, şəhid ailələri bu işin Sumqayıt Şəhər İcra Hakimiyyəti rəhbərliyinin göstərişi ilə həyata keçirildiyi iddia edirlər. Mövzunu diqqətdə saxlamağa çalışacağıq.

Şəhid valideyləri ilə müsahibələrimiz yaxın saatlarda video görüntü olaraq yerləşdiriləcək.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb