Xatunun Rusiya toylarına yolu açıldı - Rəqsanə qadağa qoymuşdu

22:01 | 17.04.2018
Xatunun Rusiya toylarına yolu açıldı - Rəqsanə qadağa qoymuşdu

Xatunun Rusiya toylarına yolu açıldı - Rəqsanə qadağa qoymuşdu

Müğənni Xatun Əliyeva Rusiyada toylara getməyə başlayıb.
Sənətçi ötən gün Sankt-Peterburqa yola düşüb. O, müğənni Rüfət Axundovla birlikdə orada toy məclisində iştirak edəcəyini bildirib.
Bu, Xatunun uzun müddət sonra Rusiyada getdiyi ilk toydur. Sənətçi bir müdddət əvvəl müğənni Rəqsanə İsmayılovanın onu Rusiya toylarına buraxmadığını demişdi.
Rəqsanə də açıqlamasında Xatunu hədələyərək "Moskva mənlikdir, bir zəngimlə bura gəlməyinə qadağa qoyaram, dostlarım var” sözlərini söyləmişdi.


 
Qeyd edək ki, Xatunla Rəqsanə arasındakı davaya Şəmkirdə baş tutan bir toy məclisi səbəb olub. Toy sahibi əvvəlcə Xatunla razılaşıb. Daha sonra Rəqsanə araya girərək, Xatunu oradan uzaqlaşdırıb. 

Xatun Rəqsanənin ünvanına daha sonra bunları söyləyib:

"Kimsə Moskvanın "polojeniya”sına baxır. Hamının deyiləcək sözü, cavabı var. Onun haqqında danışmağı mənə qadağa qoyublar, istəmirəm. Ən çox ailəm, övladım üçün söz-söhbətdən uzaq gəzmək istəyirəm. Mənim getdiyim yerlərdə, efirdə belə yoxdurlar. Qoy onlar Moskvada qalsınlar. Kim mənə pislik edirsə, qarşısına çıxır. Həyat bumeranqdır, analar edir, balalar çəkir”.




 
///Axşam.az

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb