14,2 milyon dollarlıq kitab

22:23 | 28.11.2013
14,2 milyon dollarlıq kitab

14,2 milyon dollarlıq kitab

ABŞ-da çap edilən ilk kitab “Bay Psalm Book” auksiona çıxarılıb.

Gün.Az-ın məlumatına görə, Nyu-Yorkda baş tutan auksionda 1640-cı ildə çap edilən bu kitab maliyyəçi Deyvid Rubenşteyn tərəfindən alınıb.

Məlumat üçün bildirək ki, bu günə qədər sadəcə 11 nüsxəsi qorunan bu əsər Massaçusets Koloniyasının Pürietn liderləri tərəfindən Kembricdə çap edilib.

Kitabda müxtəlif dini mətnlər yer alıb.

Ən bahalı kitab nümunəsi isə 1994-cü ildə 30,8 milyon dollara satılan Leonardo da Vinçinin əlyazmalarına aiddir.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM