Neftin qiyməti bahalaşır

09:01 | 26.07.2016
Neftin qiyməti bahalaşır

Neftin qiyməti bahalaşır

Dünya birjalarında neftin qiyməti bahalaşır.

Oxu.Az "Bloomberg”ə istinadən xəbər verir ki, bu gün Bakı vaxtı ilə saat 09:00-a olan məlumata görə, ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 0,42% bahalaşaraq bir barelə görə 44,91 dollar olub.

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,23% artaraq 43,23 dollar təşkil edib.

Qeyd edək ki, bununla belə dünən axşam Brent markalı neftin qiyməti 2% dəyər itirərək 10 maydan bu yana ən aşağı səviyyəyə 44,79 dollara enmişdi.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM