Son sutkada Azərbaycanda koronavirusa yoluxanların STATİSTİKASI

16:33 | 14.10.2021
Son sutkada Azərbaycanda koronavirusa yoluxanların STATİSTİKASI

Son sutkada Azərbaycanda koronavirusa yoluxanların STATİSTİKASI

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1448 yeni yoluxma faktı qeydə alınıb, 847 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 11 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 496 780 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 476 229 nəfər müalicə olunaraq sağalıb, 6 720 nəfər vəfat edib, aktiv xəstə sayı 13 831 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 092, ötən müddət ərzində isə ümumilikdə 4 489 627 test aparılıb.
 
Həmçinin, son 24 saatda koronavirus (COVID-19) əleyhinə 33 441 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 12 763, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 20 678 nəfərdir. Ölkədə vurulan vaksinlərin ümumi sayı 9 106 934, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 929 657, ikinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı isə 4 177 277 təşkil edir.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM