ABŞ 40 ildə ilk dəfə Səudiyyə Ərəbistanına olan borcunun məbləğini açıqladı

21:34 | 17.05.2016
ABŞ 40 ildə ilk dəfə Səudiyyə Ərəbistanına olan borcunun məbləğini açıqladı

ABŞ 40 ildə ilk dəfə Səudiyyə Ərəbistanına olan borcunun məbləğini açıqladı

Borcun məbləği 116,8 milyard dollar təşkil edir

ABŞ-ın Maliyyə Nazirliyi 40 ildən də çox bir müddət ərzində ilk dəfə ölkənin Səudiyyə Ərəbistanına olan borcunun məbləğini açıqlayıb.
"Report" "Bloomberg"ə istinadən xəbər verir ki, mart ayına olan son məlumata görə, ABŞ-ın Ər-Riyad qarşısında olan borcunun məbləği 116,8 milyard dollar təşkil edib.

Borcun məbləği cari ilin yanvar ayı ilə müqayisədə 6 faiz azalıb. İlin əvvəli bu göstərici rekord həddə çatıb.

Səudiyyə Ərəbistanı Çin (1,3 trilyon dollar) və Yaponiya ilə yanaşı (1,1 trilyon dollar) ABŞ-ın əsas kreditorları onluğuna daxildir.
ABŞ 1974-ci ildən etibarən Amerika dövlət istiqrazlarının əcnəbi sahibləri barədə məlumat dərc etməyə başlayıb. Eyni zamanda Səudiyyə Ərəbistanı qarşısında yaranan borc haqqında məlumat birbaşa dərc olunmayıb. O, OPEK-in digər ölkələrinin məlumatları ilə cəm edilib. 2016-cı ilin fevral ayında istiqrazların 281 mlrd. dolları bu qrupa məxsus olub.

Ər-Riyad qarşısında yaranan borc haqqında məlumatın açıqlanmaması qərarı ərəb ölkələrinin 1973-cü ildə ABŞ-a neft tədarükünə embarqo tətbiq etməsindən sonra qəbul olunub. Bu, Vaşinqtonun Səudiyyə Ərəbistanı ilə strateji münasibətləri və onun neft ehtiyatlarına çıxışı saxlamaq üçün atdığı addımlardan biri olub.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM