ABŞ antibakterial sabunların istehsal və satışını qadağan edib

19:17 | 05.09.2016
ABŞ antibakterial sabunların istehsal və satışını qadağan edib

ABŞ antibakterial sabunların istehsal və satışını qadağan edib

ABŞ-ın Ərzaq və Dərman İdarəsi (FDA) antibakterial sabunların istehsal və satışını qadağan edib.

"Report”un xarici mətbuata istinadən verdiyi məlumata görə, buna səbəb həmin sabunların xeyrindən çox zərərinin olmasıdır.

Qərarda bildirilir ki, istehsalçı firmalar sabunların bakteriya və mikrobları məhv etməsinin digər məhsullara nisbətən daha fəal olmasını sübut edə bilmir.

İdarənin direktoru Canet Vodkok qeyd edib ki, araşdırmalarda antibakterial sabunların daha zərərli olduğu sübut edilib: "Ona görə də antibakterial sabunlar adi sabunlardan heç də fərqlənmir və bunu 5 ildir ki, deyirik”.  

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb