ABŞ-dan Gülənlə bağlı ilk müsbət açıqlama

13:58 | 22.09.2016
ABŞ-dan Gülənlə bağlı ilk müsbət açıqlama

ABŞ-dan Gülənlə bağlı ilk müsbət açıqlama

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ-ın vitse-prezidenti Co Baydenlə görüşünün təfərrüatı məlum olub.

ANN.Az axar.az-a istinadən bildirir ki, tərəflər görüş zamanı "Fərat qalxanı" əməliyyatı, miqrant böhranı, Fətullah Gülənin ekstradisiyası ilə bağlı məsələləri müzakirə ediblər.

Görüşdən sonra Baydenin ofisindən yayımlanan açıqlamada bunlar qeyd olunub:
 
"İki ölkə arasında strateji əlaqələrin olması vacibdir. Görüşdə İŞİD-ə qarşı mübarizənin gücləndirilməsi, Suriyadakı son vəziyyət və Kipr mövzusu müzakirə edildi. Biz həmçinin hərbi çevriliş cəhdi məsələsində Türkiyəyə dəstək verməyə hazırıq. Artıq bizə Gülənin həbs olunması üçün daha əsaslı dəlillər təqdim olunur. Bundan başqa, PKK-nın əsgər və mülki vətəndaşlara qaşı hücumlarını da qınayırıq".
 
Qeyd edək ki, bu, ABŞ tərəfinin Fətullah Gülənin həbsi ilə bağlı bu vaxta qədər yaydığı ilk müsbət açıqlamadır.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb