ABŞ Fələstinə yeni paytaxt təklif edir

18:47 | 26.12.2017
ABŞ Fələstinə yeni paytaxt təklif edir

ABŞ Fələstinə yeni paytaxt təklif edir

ABŞ prezidenti Donald Trampın Administrasiyası Qüdslə sərhəd olan Abu-Dis şəhərinin Fələstinin paytaxtı elan edilməsini təklif edib.

AzVision.az "Al Jazeera” telekanalına istinadən xəbər verir ki, bunu HƏMAS hərəkatının lideri İsmayıl Haniyə bildirib. 

"Vaşinqton Fələstin rəhbərliyinə Abu-Dis şəhərinin paytaxt elan edilməsini təklif edib”, - deyə Haniyə qeyd edib. 

HƏMAS hərəkatının lideri əlavə edib ki, Vaşinqtonun təklifində siyasi islahatlar yolu ilə Qəza sektorunda vəziyyətin normallaşdırılmasına dair məqamlar yer alıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM