ABŞ Rusiyadan idxalı iki dəfədən çox artırır

11:51 | 07.12.2022
ABŞ Rusiyadan idxalı iki dəfədən çox artırır

ABŞ Rusiyadan idxalı iki dəfədən çox artırır

2022-ci ilin oktyabrında ABŞ sentyabrla müqayisədə Rusiyadan idxalını iki dəfədən çox artırıb. Bu barədə ABŞ Statistika Bürosu məlumat verib.

İdxal 732 milyon dollara yüksəlib. Bu, son beş ayın ən yüksək göstəricisidir. Sentyabrda idxal 332 milyon dollar olub.

Ukraynada xüsusi əməliyyat başlayandan sonra Qərb Rusiyaya qarşı sanksiya təzyiqlərini artırıb. Aİ artıq səkkiz məhdudlaşdırıcı tədbirlər paketi qəbul edib. Bütün bunların ABŞ və Avropa üçün mənfi nəticələri oldu. Məsələn, yanacağın qiyməti və rekord inflyasiya təhrik edildi.

Avropa Komissiyası və Aİ ölkələrinin nümayəndələri anti-Rusiya sanksiyalarının doqquzuncu paketinin hazırlanmasını müzakirə ediblər.
 
Gülnar Nazimqızı 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb