Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti hərbi hissələri yoxlamaq məqsədilə cəbhəboyu zonada səfərdədir.
Döyüş növbəsi çəkən şəxsi heyətlə görüşən Müdafiə nazirinə əməliyyat şəraiti barədə məruzə edilib. Sonra general-polkovnik Z. Həsənov bölmələrin döyüşə hazırlıq səviyyəsini yoxlayıb, düşmənin ön mövqelərini müşahidə edib.
Müdafiə naziri bölmələrin döyüş qabiliyyətini, maddi-texniki təminatını, silah-sursat və hərbi texnika ilə təchizatını, həmçinin şəxsi heyətin mənəvi-psixoloji hazırlığını yüksək qiymətləndirib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !