Almaniyada şiddətli yağışların səbəb olduğu daşqınlarda ölənlərin sayı 176-ya çatıb.
Almaniya Meteorologiya Dairəsi selin təsirinə məruz qalan bölgələrdə həftəsonu şiddətli yağışların yağacağı ilə bağlı xəbərdarlıq edib.
Ən çox təsirə məruz qalan vilayətlər Reynlənd-Pfalz, Şimali Reyn Vestfaliya və Bavariyadır.
Reynlənd-Pfalzda ölənlərin sayı 128-ə çatıb. Ölənlərin sayının artacağı istisna edilmir.
155 nəfərin axtarışları davam edir, ancaq onların sağ xilas edilməsi ilə bağlı ümidlər olduqca azdır.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !