Anelka Braziliya çempionatında

22:36 | 07.04.2014
Anelka Braziliya çempionatında

Anelka Braziliya çempionatında

Son olaraq "Vest Bromviç"də oynayan Nikolas Anelka futbolçu karyerasını Braziliyada davam etdirəcək.Qol.Az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, fransız hücumçu "Atletiko Mineyro"ya transfer olunub. Klubun prezidenti Aleksandr Kalil "Tvitter" hesabından bu transferi təsdiqləyib. Beləliklə, Anelka Ronaldinyo ilə eyni klubun şərəfini qoruyacaq.Qeyd edək ki, Anelka "Vest Bromviç"də oynadığı vaxtı irqçi hərəkət səbəbindən beş oyunluq cəzalandırılımışdı. Həmin cəzanın ardından təcrübəli futbolçu klubu tərk etmişdi. Anelka buna görə də "Atletiko Mineyro" ilə beş matçda oynamayacaq.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM