“Arşın mal alan” operettası Sankt-Peterburqda

09:54 | 26.02.2014
“Arşın mal alan” operettası Sankt-Peterburqda

“Arşın mal alan” operettası Sankt-Peterburqda

 Sankt-Peterburqun “Kolizey Arena” konsert zalında dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettası nümayiş etdirilmişdir.Moskvada fəaliyyət göstərən “Dərviş” Azərbaycan teatrı kollektivinin operettanın 100 illik yubileyi münasibətilə səhnələşdirdiyi əsər böyük maraqla qarşılanmışdır.“Sankt-Peterburqun Azərbaycan diasporu” regional ictimai təşkilatının rəhbəri Sabir Məsimov, “Dərviş” teatrının baş rejissoru, Azərbaycanın Əməkdar Artisti Mərdan Feyzullayev tamaşadan əvvəl çıxış etmişlər.Bildirilmişdir ki, Üzeyir Hacıbəyli “Arşın mal alan” operettasını 1913-cü ildə məhz Rusiyanın şimal paytaxtında tamamlamışdır. Təsadüfi deyildir ki, UNESCO-nun Baş Konfransının qərarı ilə dünya teatr ictimaiyyəti Azərbaycan mədəniyyətinin incisi sayılan bu əsərin 100 illik yubileyini böyük təntənə ilə qeyd etmişdir.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb