• $
  • €
  • ₽
  • ₺
  • £

Avropa Gimnastika İttifaqının adı dəyişdirilib

Avropa Gimnastika İttifaqının adı dəyişdirilib
18.11.2019 19:30
Bolqarıstanın paytaxtı Sofiyada Avropa Gimnastika İttifaqının (FIG) Baş Assambleyası keçirilib.

"Report” Azərbaycan Gimnastikası Federasiyasının (AGF) rəsmi saytına istinadən xəbər verir k, tədbirdə ölkəni qurumun baş katibi Nurlana Məmmədzadə, İcraiyyə Komitəsinin üzvü Mariana Vasilyeva, federasiyanın beynəlxalq əlaqələr üzrə meneceri Mehman Əliyev və texniki direktoru Natalya Bulanova təmsil edib.

47 üzv federasiyanın iştirak etdiyi Baş Assambleyada bir sıra mühüm qərarlar qəbul edilib. Əsas qərarlar isə gimnastikanın gələcək inkişafı naminə təşkilatın Nizamnaməsinə bir sıra dəyişikliklərin edilməsi və qurumun adının dəyişdirilməsidir.

Bundan sonra Avropa Gimnastika İttifaqı "Avropa Gimnastikası” (European Gymnastics) adlanacaq. Bu dəyişiklik isə 2020-ci il aprelin 1-dən qüvvəyə minəcək.
Xatırladaq ki, Avropa Gimnastikasına 2006-2017-ci illərdə AGF-nin baş katibi olmuş, azərbaycanlı Fərid Qayıbov rəhbərlik edir.
Təşkilatın Baş Assambleyasının növbəti iclası isə 2021-ci ilin dekabrında Portuqaliyanın Albufeyra şəhərində keçiriləcək.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Ərdoğan Ceyhun Bayramovu qəbul edib
Siyasət 18:30
Ərdoğan Ceyhun Bayramovu qəbul edib
Ərdoğan: Türkiyə Azərbaycan-Ermənistan təmaslarını dəstəkləyir
Siyasət 16:31
Ərdoğan: Türkiyə Azərbaycan-Ermənistan təmaslarını dəstəkləyir
Ankara sammitində Azərbaycanın TDT sədrliyinin nəticələri təqdim olunub - XİN
Siyasət 15:52
Ankara sammitində Azərbaycanın TDT sədrliyinin nəticələri təqdim olunub - XİN

Hikmət Hacıyev: Xəzər Azərbaycanı və Mərkəzi Asiyanı ayırmır, birləşdirir
Siyasət 14:25
Hikmət Hacıyev: Xəzər Azərbaycanı və Mərkəzi Asiyanı ayırmır, birləşdirir
Deputat pulsuz hüquqi yardımda bürokratik maneələrin azaldılmasını istəyir
Siyasət 12:14
Deputat pulsuz hüquqi yardımda bürokratik maneələrin azaldılmasını istəyir
Fazil Mustafa: aylıq gəliri 400 manatdan az olanlara pulsuz hüquqi yardım göstərilsin
Siyasət 12:07
Fazil Mustafa: aylıq gəliri 400 manatdan az olanlara pulsuz hüquqi yardım göstərilsin

Bu gün Azərbaycanla Gürcüstan arasında bir sıra sənədlər imzalanacaq
Siyasət 12:02
Bu gün Azərbaycanla Gürcüstan arasında bir sıra sənədlər imzalanacaq
Milli Məclisin növbəti iclası başlayıb
Siyasət 11:06
Milli Məclisin növbəti iclası başlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol