Avtobuslarda gedişhaqqı artırılır? - RƏSMİ AÇIQLAMA

13:15 | 10.10.2016
Avtobuslarda gedişhaqqı artırılır? - RƏSMİ AÇIQLAMA

Avtobuslarda gedişhaqqı artırılır? - RƏSMİ AÇIQLAMA

Sosial şəbəkələrdə avtobuslarda gedişhaqqının artırılacağı ilə bağlı məlumat yayılıb.

Məsələ ilə bağlı ANN.Az "Baku Bus" MMC-nin mətbuat katibi Mansur Piriyevlə əlaqə saxlayıb.

Qurum rəsmisi hazırda qiymət artımın olmadığını vurğulayıb: "Baku Bus"da qiymət artımı və güzəştlərin tətbiq edilməsi bizim səlahiyyətimizdə olan iş deyil. Ümumiyyətlə, qiymət artımı yoxdur". 

"Gedişhaqlarının artırılmasını Tarif Şurası həyata keçirir. Bu da Bakı Nəqliyyat Agentliyinin təklifindən sonra ola bilər" - deyə Mansur Piriyev əlavə edib.

Bakı Nəqliyyat Agentliyinin sözçüsü Nuridə Allahyarova bildirib ki, qiymət artımının olması ilə bağlı deyilənlərin heç bir əsası yoxdur: 

"Qiymət artımı ilə əlaqədar Bakı Nəqliyyat Agentliyi Tarif Şurasına təklif göndərməlidir. Belə bir təklif göndərməmişik". 
 
Orxan Aslanlı

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb