Azərbaycan bankları hərracda 22,4 mln. ABŞ dolları satın alıblar

12:59 | 30.05.2023
Azərbaycan bankları hərracda 22,4 mln. ABŞ dolları satın alıblar

Azərbaycan bankları hərracda 22,4 mln. ABŞ dolları satın alıblar

Azərbaycan Mərkəzi Bankı çərşənbə axşamı valyuta hərracında banklara  22,4 mln. ABŞ dollar satıb. Bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat verib. 
 
Bu məbləğ əvvəlki hərrac zamanı 35,8 milyon ABŞ dolları olub.
 
"Çərşənbə axşamı hərracda tələb 22,4 milyon ABŞ dolları təşkil edib və tam təmin edilib. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb",- mərkəzdən bildirilib.
 
Bu ilin yanvar-mayında Azərbaycan Mərkəzi Bankının (AMB) Dövlət Neft Fondu (ARDNF) ilə birlikdə keçirdiyi valyuta hərraclarında 1 milyard 492,3 milyon ABŞ dolları məbləğində satış olub.
  
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 39,4% azdır.

Təkcə bu ay isə valyuta satışının məbləği 277,3 milyon ABŞ dolları təşkil edib. Bu isə 1 il əvvələ nisbətən 3,7% azdır.
 
12 yanvar 2017-ci il tarixindən etibarən AMB valyuta hərraclarının yeni mexanizminin tətbiqinə başlayıb.

Hərraclar rəqabətli şəraitdə valyutanın birtərəfli satışı formasında keçirilir.

2022-ci ildə ARDNF hərraclarda 4 milyard 681,8 milyon ABŞ dolları məbləğində  xarici valyuta satıb.
 
Aytac Zeynalova

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb